Veysəloğlu Şirkətlər Qrupu

IT biznes analitik

Ə/h razılaşma ilə 42
Tam iş günü
Bakı, Azərbaycan
02.12.24 - 02.01.25

İş haqqında məlumat

  • Biznes tələblərinin toplanması və təhlili: Şirkətin iş prosesləri və tələblərini anlamaq, sistemin inkişafı üçün biznes tələblərini toplamaq;
  • Tələblərin sənədləşdirilməsi: Biznes tələblərinin texniki tələblərə çevrilməsi, detallı spesifikasiyaların hazırlanması;
  • Sistem analizi və dizaynı: Mövcud sistemlərin təhlili, yeni sistem dizaynı və tətbiq olunacaq həll yollarının təklif edilməsi;
  • Komanda ilə əməkdaşlıq: Proqramçılar, layihə menecerləri və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək;
  • Test proseslərinə dəstək olunması: Yeni həllərin və sistemlərin test edilməsi üçün ssenarilərin hazırlanmasına və test proseslərinə dəstək;
  • Layihə idarəetməsi dəstəyi: Layihə müddətində irəliləyişin izlənilməsi, risklərin və problemlərin həlli üçün dəstək vermək;
  • Biznes ilə kommunikasiya: Bizneslə əlaqə quraraq onların tələblərini və gözləntilərini müəyyənləşdirmək və müvafiq həll yolları təklif etmək;
  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı;
  • Təlim və sertifikat proqramlarına dəstək;
  • İş məkanı: Azure Plaza;
  • Nahar: Təmin edilir;
  • İş rejimi: 5 gün (həftəiçi).

Tələblər

  • Təhsil: Kompüter elmləri, İnformasiya Texnologiyaları, Biznes Administrasiyası və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi;
  • Təcrübə: IT Biznes Analist vəzifəsində ən azı 2+ il iş təcrübəsi;
  • Analitik bacarıqlar: Məlumatların analiz edilməsi, proseslərin optimallaşdırılması və sistemlərin işləmə mexanizmlərinin dərin təhlil bacarığı;
  • Proses modelləşdirilməsi: BPMN, UML kimi modelləşdirmə texnologiyaları üzrə biliklər (arzuolunandır);
  • Proqram təminatı bilikləri: Agile, Scrum və ya digər metodologiyalarla layihə idarəetmə alətləri ilə tanışlıq;
  • Texniki biliklər: SQL, API-lərlə işləmə təcrübəsi, ERP və CRM sistemləri barədə biliklər;
  • Kommunikasiya bacarıqları: Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, biznes tərəflər və texniki komandalar arasında vasitəçilik etmək;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlük təşkil edir;
  • Problemlərin həll olunmasında kreativ yanaşma;
  • Komandada işləmək bacarığı;
  • Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı;
  • Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Biznes Analitik” yazmaqla, öz CV-lərini mail ünvanına göndərə bilərlər.