ArchiCO

İş icraçısı

По соглашению 168
Полн. занятость
Баку, Азербайджан
09.07.24 - 08.08.24

O работе

  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
  • Layihənin icra planına uyğun olaraq, öhdəliyə götürülmüş tikinti-inşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş texniki, keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;   
  • Tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri heyata keçirmək və əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
  • Smeta sənədlərini hazırlanması üçün ümumi tikinti işlərinin həcmini təhlil etmək və və hesablamaq;
  • Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir;
  • Tabeliyində olan işçilər arasında iş bölgüsünü aparır, onların işlərini təşkil edərək nəzarət edir;
  • İşçilərin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər vermək, kollektivdə tərbiyəvi iş aparmaq, fəhlələrin ixtisas artırmasını təşkil etmək;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Bakı və ölkədaxili regionlar.

Требования

  • Yaş: 30 - 55; 
  • Təhsil: Tikinti sahəsi üzrə ali təhsil;
  • Təcrübə: Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az 10 illik təcrübə (azı 5 ili rəhbər vəzifələrdə);
  • Kompüter bacarıqları: MS Office (Word, Excell), Auto Cad proqramlarında işləməyi bilməli;
  • Uzunmüddətli ezamiyyətlərə hazır olmalı;
  • Punktual və məsuliyyətli olması;
  • Komanda ilə işləmək bacarığı;
  • Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilməlidir;
  • Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
  • Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli;
  • Layihələri oxumağı və təhlil etməyi bilməli;
  • Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
  • Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməlidir.


Срок действия задания истек

Похожие вакансии