Norm ASC

Beton zavodu müdiri

По соглашению 107
Полн. занятость
Баку, Азербайджан
10.10.24 - 10.11.24

O работе

  • İstehsaldan tutmuş daşınmaya qədər istehsalın bütün sahələrində ən yüksək keyfiyyət və təhlükəsizlik standartlarının qorunması;
  • İstehsal və planlaşdırma ilə bağlı zavod əməliyyatlarına səmərəli nəzarətin təşkil edilməsi
  • İstehsalda texniki xidmətin qrafiki və icrasının idarə edilməsi;
  • Zavodun müvafiq ehtiyatlarının (xammal, avadanlıq/nəqliyyat hissələri və s.) saxlanmasını təmin etmək;
  • Şirkət siyasətinə uyğun olaraq işçilərin işə götürülməsi, müvafiq təlimlərin təşkili, istiqamətləndirilməsi, məsləhətlərin verilməsi və məsuliyyətlərin bölgüsü;
  • Avadanlıqların texniki xidmətlərinin yük maşını təchizatçıları ilə dəyərləndirilməsi;
  • Ay sonu inventarının həyata keçirilməsi;
  • Şirkət avtomobillərini təhlükəsizlik, etibarlılıq və uzunömürlülük üçün yaxşı vəziyyətdə saxlamaqla parkın texniki xidmətini təmin edilməsi;
  • Xammal inventarını və digər zəruri ləvazimatlarını təmin etmək;
  • Gündəlik, həftəlik, aylıq olaraq tələb olunan dövri hesabatları hazırlamaq;
  • Təhlükəsizlik görüşlərinin keçirilməsi;
  • Hazır məhsulun keyfiyyətini təmin etmək üçün keyfiyyətə nəzarət planının tətbiqinə nəzarət edilməsi;
  • Şirkətin aktivlərini yaxşı vəziyyətdə saxlamaq;
  • Avadanlıqlara texniki qulluq işlərinin yerinə yetirilməsinə dəstək vermək;
  • Müəyyən edilmiş büdcə çərçivəsində zavodun idarə edilməsi;
  • Müştərinin xüsusi ehtiyaclarınə nəzərə alaraq düzgün qarışıq dizaynı üçün sistemdəki sifarişləri nəzərdən keçirmək;
  • Müştərilərə üstün xidmət göstərmək üçün lazımi resursların, personalın və yük maşınlarının mövcudluğunu təmin etmək və bütün əməliyyat işçiləri ilə effektiv əlaqə saxlamaq;
  • Əlaqədar tərəflərlə sıx əməkdaşlığın təmin edilməsi (memarlar, universitetlər, institutlar, rəsmi qurumlar, müstəqil laboratoriyalar);
  • Məhsulun keyfiyyətinin monitorinqi, əlaqədar hesabatların hazırlanması və iclasların keçirilməsi, keyfiyyət dəyişikliklərinin təhlili və Məhsulların və texniki xidmətin portfoliosunun bazar tələbatlarına uyğun olaraq təkmilləşdirilməsinə görə cavabdehlik;
  • Maliyyə hədəflərinə uyğun olaraq keyfiyyətə nəzarət tələblərinin qiymətləndirilməsi; illik büdcənin hazırlanması; xərclərin planlaşdırması; dəyişikliklərin analizi;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək;
  • Müştərilərə məhsulların və həll yollarının təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;
  • Müştəri şikayətlərinə həll yollarının verilməsini təmin etmək.

Требования

  • Biznesin idarə edilməsi, mühəndislik və ya müvafiq əlaqədar sahə üzrə magistr  təhsili;
  • Ən az 2 il rəhbər vəzifədə olmaqla, tikinti materialları sənayesində 5 ildən çox təcrübə;
  • İngilis və azərbaycan dillərini yüksək səviyyədə bilmək; Rus dilləri biliyi üstünlükdür;
  • Güclü strateji liderlik və biznesin inkişafına nail olmaq bacarıqları;
  • Yüksək səviyyədə maliyyə bilikləri və büdcə idarəetmə bacarığı və təcrübəsi;
  • Data əsaslı qərarların qəbulu üçün analitik düşüncə;
  • Hazır beton qarışığı istehsalı, əlaqədar avadanlıqların idarə edilməsi ilə bağlı texniki biliklərin olması;
  • Tənzimləyici normativləri nəzərə almaq və uyğunluq təmin etmək bacarığı.


Похожие вакансии