Шуша,
Азербайджан
16.10.24
-
16.11.24
O работе
- Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən etmək və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadə etmək;
- Layihənin idarə edilməsi zamanı müxtəlif qruplar üzrə görüləcək işləri və məsələləri müəyyən etmək, layihə üzrə ayrı-ayrı komandaların müştərək fəaliyyətinə rəhbərlik etmək;
- Layihənin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi;
- Layihənin İcra Planına uyğun olaraq, öhdəliyə götürülmüş Tikinti-İnşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş Texniki, Keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;
- İşin prioritetlərinin müəyyən edilməsi, təyin edilmiş layihə üzrə işlərin ümumi proqramının işlənib hazırlanması və tələb olunan resurslarla təmin edilməsinin həyata keçirilməsi;
- Layihə planında hər hansı problem və ya dəyişikliklə bağlı düzəldici tədbirlərin görülməsini və ya bu haqda göstəriş verilməsini həyata keçirmək;
- Layihə üzrə risklərin, həmçinin layihənin gündəlik olaraq meydana çıxan çətinliklərinin müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlər planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
- Layihədə iştirak edən subpodratçılarla effektiv əlaqənin saxlanması, onların işinin istiqamətləndirilməsi və müvafiq nəzarətin həyata keçirilməsi;
- Layihə üzrə davamlı hesabatlılığın həyata keçirilməsi, layihə mərhələləri və müddəti üzrə inkişafa dair, həmçinin növbəti həftə üzrə qərarlar və planlar barədə ardıcıl olaraq həftəlik hesabatların təqdim edilməsi;
- Layihə üzrə məlumatların optimal surətdə paylaşılmasını təmin etmək, Layihə sənədləşməsinin layihə tələblərinə və şirkətin daxili prosedurlarına uyğun olaraq aparılmasını təmin etmək, onların müvafiq surətdə saxlanılmasına və istifadəsinə nəzarət etmək;
- Layihə müddəti və büdcəsi daxilində işlərin keyfiyyətli və səmərəli həyata keçirilməsi və sona çatdırılmasına dair məsuliyyət daşımaq;
- İş şərtləri : 25/5 iş rejimi;
- Xidməti avtomobil;
- Yol, qida, yaşayış, rabitə və.s xidməti xərclər şirkət tərəfindən qarşılanır.
Требования
- Tikinti təşkilatlarında sahə rəisi vəzifəsində ən az 3 illik təcrübə.
- Əsaslı təmir və bəzək-tamamlama işləri üzrə ən azı 10 illik təcrübə.
- Mühəndis-kommunikasiya işləri üzrə ümumi biliklər.
- Komputer bilikləri: Autocad; Microsoft Office;
- Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
- Təşkilati idarəetmə,planlama və təşkiletmə bacarığı;
- Sürücülük vəsiqəsi B kateqoriya.
Административный, Бизнес, Менеджмент
Строительство
Срок действия задания истек