İSTİFADƏ QAYDALARI

ÜMUMİ İSTİFADƏ QAYDALARI
• www.hrin.co saytı aşağıda qeyd olunmuş şirkət, qurum və təşkilatlara xidmət göstərmir:
Bank, sığorta, bank olmayan kredit təşkilatları, lotereya və mərc oyunları təşkilatları, tütün, spirtli içki istehsalı və satışını təşkil edən şirkət, şəbəkə marketinq və analoji fəaliyyətlə məşğul olan digər təşkilatlar.
• www.hrin.co (bundan sonra sayt adlanacaq) ictimai saytdır. “HRIN” MMC işəgötürən deyil, sadəcə işaxtaran və işəgötürən arasında əlaqə yaradan platformadır.
• Saytda qeydiyyatdan keçərək yalnız bir növ üzv olmaq olar: İşçi (işaxtaran) olaraq.
• İşə müraciət etmək üçün işaxtaran olaraq qeydiyyatdan keçmək zəruri deyil.
• Saytda qeydiyyat prosesi zamanı tələb olunan e-mail ünvanı yeniliklərin, xəbər bülletenlərinin, kampaniyaların elan edilməsi və istifadəçi ilə əlaqə saxlamaq üçün istifadə oluna bilər.
• İstifadəçilər saytın təqdim etdiyi məlumatlardan faydalanmaq istəmirsə, qeydiyyat zamanı bunu qeyd edə bilərlər.
• Saytdan istifadə qaydaları üzrə şərtlərin vaxtaşırı, qismən və ya tam şəkildə redaktəsi, dəyişikliklər və texniki yeniliklər istifadəçilərə e-poçt ilə bildiriş formasında göndəriləcək.
İŞAXTARAN ÜÇÜN QAYDALAR
• Sayt işaxtaranlara iş elanları ilə onlayn şəkildə tanış olmaq, vaxta qənaət etmək və işə müraciət etmək imkanı verir.
• İşaxtaran CV-də qeyd olunan bütün məlumatların düzgün və aktual olduğunu təsdiq edir.
• CV-dəki məlumat həqiqətə uyğun olmalı, natamam, aldadıcı olmamalıdır.
• Reklam təyinatlı məlumatlar qeyd etmək, o cümlədən əxlaqsızlıq, irqi, etnik, dini mənşəli təbliğata və ayrı-seçkiliyə yol vermək qəti qadağandır.
• Saytda işaxtaran istifadəçilər saytda paylaşılmış vakansiyalara müraciət zamanı şəxsi məlumatlarını (əlaqə məlumatlarını, doğum tarixini, cinsini və s.) öz istəyi ilə işəgötürənə göndərirlər.
• İşaxtaranlar əvvəldən hazırlanmış CV-lərini şəxsi kabinetə yükləməklə və ya “CV YARAT” bölməsində yeni CV yaratmaq ilə şəxsi kabinetdə saxlaya bilərlər.
• İşaxtaranlar öz CV-lərini yalnız WORD və PDF formatda saytdakı şəxsi kabinetə yükləyə bilərlər.
ÜZVLÜK ŞƏRTLƏRİ
• Şəxsi kabinet yaratmış hər bir üzv qeydiyyat zamanı bütün zəruri xanaları doğru məlumatlarla doldurulmalıdır.
• Saytda hər bir e-mail və nömrə ilə yalnız bir hesab yaratmaq mümkündür.
• Aşağıdakı hallarda istifadəçinin saytdan istifadəsini məhdudlaşdıra bilər:
1. Uyğun olmayan ifadələr və fotoşəkillər olan CV saytda yerləşdirildikdə;
2. Dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etdikdə;
3. CV-yə aid olmayan məlumatlar (fərdi kommersiya məqsədli) qeyd olunduqda.
HÜQUQ VƏ MƏSULİYYƏTLƏR
• Sayt administrasiyası heç bir xəbərdarlıq etmədən tək tərəfli olaraq saytda və qaydalarda dəyişiklik etmək hüququnu özündə saxlayır.
• Sayt administrasiyası istifadəçilərə Ümumi İstifadə Qaydalarında, Məxfilik Prinsiplərində və Üzvlük Şərtlərində göstərilən öhdəliklərə zidd hərəkət etməsinə və ya lazımi qaydada yerinə yetirməməsinə, qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənara çıxmasına icazə vermir. Belə olduğu halda namizədin CV-si və ya şəxsi kabineti haqqında uyğunsuzluğu istifadəçiyə məlumat vermədən və ya xəbərdarlıq etmədən tamamilə ləğv edə bilər.
• İşaxtaranların CV-lərində qeyd olunan məlumatlara görə sayt administrasiyası heç bir məsuliyyət daşımır.
• İşaxtarana işəgötürən tərəfindən daxil olan müraciətlərə, telefon zənglərinə görə sayt administrasiyası məsuliyyət daşımır.
• Sayt administrasiyasının saytın istifadəçiləri qarşısında iş və ya işçi tapmaq öhdəliyi yoxdur.
• İşaxtaran və işəgötürən arasında keçən hər hansı ünsiyyət və fəaliyyətə görə heç bir məsuliyyəti öz üzərinə götürmür.
• Sayt administrasiyası istifadəçinin saytdan Ümumi İstifadə Qaydalarından, Məxfilik Prinsiplərindən və Üzvlük Şərtlərindən qeyri-qanuni şəkildə istifadə etdiyini müəyyən edərsə, həmin istifadəçi haqqında müvafiq tədbir görülməsi üçün şikayəti səlahiyyətli orqanlara bildirmək hüququna malikdir.
• Sayt administrasiyası tərəfindən saytın qaydalarına uyğun olmayan məlumatlara sahib istifadəçilərin ləğv edilmiş və ya silinmiş hesabları üçün istifadəçi heç bir hüquq və kompensasiya tələb edə bilməz.
• İstifadəçilər öz şəxsi kabinetində qeyd etdikləri məlumatlara görə məsuliyyət daşıyırlar.
MƏXFİLİK PRİNSİPLƏRİ
• Saytdan istifadə etdiyiniz zaman cihazınıza "Cookies" adlı fayllar yerləşdirilə bilər. Bu fayllar tamamilə zərərsizdir. Bu proseslə sayt administrasiyası sizin sayta təqdim etdiyiniz məlumatlardan və saytın müxtəlif linklərindən istifadə məntiqini öyrənib saytın istifadəçilərinə daha faydalı olmasını təkmilləşdirmək istəyir.
• İstifadəçilərimizə daha yaxşı xidmət göstərmək üçün sayta daxil olan istifadəçilərin məlumatları (ziyarət müddəti, saytda keçirdiyi vaxt, baxılan səhifələr) izlənilir.
• Əldə edilən məlumatlar məxfilik prinsiplərinə uyğun olaraq məzmun bölməmizi zənginləşdirmək və təkmilləşdirmək məqsədilə biznes tərəfdaşlarımızla paylaşıla bilər.
• Sayta gələn ziyarətçinin IP ünvanı qeydiyyata alınır.
• Sayt administrasiyası istifadəçilərinin Məxfilik Prinsiplərini və Qaydaları pozduğunu aşkar edərsə, yaxud belə hal səlahiyyətli orqanlar tərəfindən müəyyənləşdirilsə və ya araşdırma tələb olunarsa, sayt administrasiyası bu halda müvafiq istifadəçi haqqında zəruri məlumatları səlahiyyətli orqana bildirmək hüququna malikdir. Eləcə də, analoji hal olduqda sayt administrasiyası Qaydalarda nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək hüququna malikdir.
• Təqdim olunmuş məlumatların təhlükəsizliyini təmin etmək üçün sayt administrasiyası inkişaf etməkdə olan texnologiyaya uyğun olaraq öz texniki tədbirlərini artırır.
• Saytın adı və loqosu bir mənalı şəkildə “HRIN MMC”-ə məxsusdur və direktorun imzalı və möhürlü razılığı olmadan istifadə edilə, üçüncü şəxslərə və ya təşkilatlara təqdim edilə bilməz.
• Sayt administrasiyasının yazılı icazəsi olmadan saytın hər hansı bir elementi başqa mediada və ya internet saytında dərc edilə bilməz, o cümlədən başqa internet saytından www.hrin.co saytına keçid və ya yönləndirmə edilə bilməz.
• Saytın istifadəçiləri onlara məxsus hesabın icazəsiz olaraq digər şəxslər tərəfindən istifadə edildiyini və ya şifrənin başqaları tərəfindən ələ keçirildiyini öyrəndikdə dərhal sayt administrasiyasına məlumat verilməlidir.
QEYD: SAYTA ÜZV OLMAQ İSTƏYƏNLƏR BU İSTİFADƏ ŞƏRTLƏRİNİ SONADƏK OXUDUĞUNU, BAŞA DÜŞDÜYÜNÜ VƏ QƏBUL ETDİYİNİ ANLAYIR, SAYTDAN QAYDALARA MÜVAFİQ İSTİFADƏ EDƏCƏYİNİ TƏSDİQ EDİR.
QAYDALARIN SON YENİLƏNMƏ TARİXİ: 01.11.2023