SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Yanğından mühafizə üzrə böyük mühəndis

By agreement 0
Full-time
Sumgayit, Azerbaijan
01.10.24 - 01.11.24

Working conditions

  • Məsul olduğu sahələrin təhlükəsiz, təmiz və nizamlı olmasını təmin etmək, ətraf mühitin çirklənməsinin qarşısını almaq, məsul olduğu personalın və bütün digər işçilərinin və podratçı işçilərin SƏTƏMM qaydalarına, xüsusilə Yanğın Təhlükəsizliyinə əməl etmələrinə nəzarət etmək;
  • Etilen-Polietilen zavodunda/obyektdə baş verə biləcək hər növ alov / partlayış / qaz emissiyası / yanğın və s. hadisələrin qarşısını almaq üçün təcili tədbirlərin planının tərtibatı və icraatını təmin etmək;
  • Fövqəladə hallara müdaxilə etmək üçün istifadə olunan avadanlığın işlək vəziyyətdə olmasını təmin etmək, gündəlik / həftəlik / aylıq / illik performans testlərinin və avadanlıq / sistemin ehtiyaclarına əsaslanan digər zəruri nəzarətlər planını təşkil və təmin etmək;
  • Qurğuların mövcud iş şəraitini nəzərə alaraq, qurğuların qəza və/və ya planlaşdırılmış təmirə dayanmalarında sahələrdə yanğın və ümumi təhlükəsizliyinə nəzarət etmək;
  • Etilen-Polietilen zavodunda fövqəladə hallarla mübarizədə istifadə olunacaq xilasetmə avadanlıqların/sistemlərin dünya praktikasında tətbiqlərinin araşdırılması, lazım gəldikdə təchizatı, istifadəçi təlimatlarının yaradılması və təlimlərin keçirilməsi;
  • Fövqəladə vəziyyətlər üzrə təlimlərdən sonra aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsini təmin etmək və bu tədbirlərin izlənməsi;
  • Fövqəladə hallarda komanda xilasetmə komandasına rəhbərlik edərək xilasetmədə iştirak etmək (Yüksəklikdən, Qapalı sahədən və s. kimi hallarda xilasetmə);
  • Xilasetmə planlarının tərtib etmək;
  • Xilasetmə əməliyyatlarında komanda rəhbəri (ERT Leader) kimi iştirak etmək;
  • FHN-nin hissələri ilə sıx təmasda olmaq, birgə təlimlərin keçirilməsini təşkil etmək;
  • DYN xidmətinin aşkar etdiyi uyğunsuzluqların aradan qaldırılması prosesini təşkil etmək.

Requirements

  • Mühəndislik sahəsində bakalavr dərəcəsi və ya İdarəçilik üzrə bakalavr (mexaniki, elektrik və ya sənaye mühəndisliyi, əməyin mühafizəsi və ya digər əlaqəli sahələr);
  • Neft Qaz Sahəsində minimum 10 il iş təcrübəsi;
  • Xilasetmə komandasının rəhbəri minimum 5 il iş təcrübəsi;
  • Yük qaldırma əməliyyatları və avadanlqıları üzrə (LOLER) sertfikatı;
  • Mühəndislik təsvirləri, avadanlıq təlimatları və təhlükəsizlik prosedurları daxil olmaqla texniki sənədləri başa düşmək və şərh etmək bacarığı;
  • Bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək və onları cəlb etmək bacarığı ilə güclü liderlik, ünsiyyət və şəxsiyyətlərarası ünsiyyət bacarıqları;
  • Riskləri qiymətləndirmək, potensial təhlükələri müəyyən etmək və effektiv həllərini hazırlamaq bacarığı;
  • Aşağıda sadalanan minimum sertifikatlar tələb olunur;
  • NEBOSH International General Certificate;
  • NEBOSH Fire Certificate;
  • Tank Fire Prevention trainings;
  • Major Emergency Response training;
  • Working at Height, Confined Space Entry, AGT;
  • İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).

 


 


This job has expired

Related vacancies