Bakı,
Azərbaycan
14.01.25
-
14.02.25
İş haqqında məlumat
- Layihənin icra prosessində sahədə görülmüş fiziki işlərin maliyyə hesabatı aktlarının (Forma 2 və Forma 3) hazırlanıb, təsdiq edilməsi prosessinin təmin edilməsi;
- Həmçinin sahədə podratçı təşkilatların görmüş olduğu fiziki işlərin maliyyə hesbatı aktlarının (Forma 2 və Forma 3) təsdiqlənmiş smeta sənədləri üzrə uyğunluğunu yoxlayıb, reyestrin aparılması;
- Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənədlər və materiallarla təmin edilməsi;
- Tikinti üzrə sənədləşmənin qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımı iş metodologiyasının hazırlanıb tətbiq edilməsi;
- Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi;
- Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və subpodratçıya aid işlərə dair iş tələbinin hazırlanmasına kömək etmək;
- Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
- Bütün tələb olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və təsdiq prosesini izləmək;
- Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat vermək;
- İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək;
- Texniki ofis üzrə siyasət və prosedurlarının həyata keçirilməsində iştirak etmək;
- Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn cizgiləri, qiymət cədvəli və s.);
- Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin həllində iştirak etmək/məlumat vermək;
- Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə rəhbərinə təhvil verilməsi;
- Əmək haqqı: Rəqabətə davamlı;
- Könüllü tibbi sığorta;
- İş qrafiki: Tam iş günü;
- İş saatları: 09:00-18:00.
Tələblər
- İnşaat sahəsində ali təhsil;
- Tikinti layihələrinin idarəedilməsi üzrə 3-4 il iş təcrübəsi;
- MS Office, AutoCAD 2D/3D, üzrə yaxşı səviyyədə;
- İngilis dili üzrə yazılı və şifahi bilik. Rus dil biliyi üstünlükdür;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki ofis mühəndisi” (Bakı) yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Mühəndislik
Tikinti və təmir