Baku,
Azerbaijan
01.10.24
-
01.11.24
Working conditions
- SDM-in Bütünlük və Etibarlılıq Rəhbərliyi və Bütövlük üzrə meneceri, TNBM, aparıcı mühəndis, mühəndis və mütəxəssis tərəfindən müəyyən edilmiş texniki nəzarətin həyata keçirilməsini təmin etmək;
- Həyata keçirilən təftiş-yoxlama işlərinin sistemləşdirilməsini təmin etmək, Elektron məlumat bazasına yığılması, emalı işlərini yerinə yetirmək, texniki sənədlərin düzgün və vaxtında tərtib edilməsini təmin etmək. Üst rəhbərinə məlumat vermək;
- Statik avadanlıqların (borular, siyirtmələr, təzyiq altında işləyən qablar və s.) təhlükəsiz yoxlanmasına və çıxdaş edilməsinə aid mütərəqqi üsulları öyrənmək və istehsalata tətbiq etmək;
- Avadanlıqların quruluşu, keyfiyyəti, iş xüsusiyyətləri, texniki istismar qaydalarını texniki şərtləri haqqında təlimatları mükəmməl öyrənmək;
- Texniki Nəzarət üzrə Mütəxəssis tərəfindən müəyyən olunmuş iş bölgüsü əsasında digər işləri və onun ayrı-ayrı tapşırıqlarını yerinə yetirmək;
- Təkmilləşdirmə, təlim və inkişaf üçün verilən tapşırıqları icra etmək;
- İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama və baxışların keçirilməsini icra etmək;
- SDM sahələrində statik avadanlıqla bağlı yoxlama sınaq planlaşdırmasında müəyyən edilmiş fəaliyyətləri izləmək və yerinə yetirmək;
- Anbar və ya təchizatçı emalatxanalarında material və/və ya avadanlıqların keyfiyyətinə nəzarət fəaliyyətlərini qeyri destruktiv təftiş metodları ilə yoxlayaraq icra etmək;
- Texniki Nəzarət Mütəxəssisinin göstərişinə əsasan zərurət yarandıqda qabların (avadanlıqların) kiplik sınaqlarına və kalibrləmələrinə nəzarət etmək;
- Təftiş, sınaq, nəzarət avadanlığı və cihazları müvafiq qaydada istifadə etmək, zərər yetirməmək və saxlamaq. Texniki Nəzarət Mütəxəssisinə avadanlıq və cihazların kalibrlənməsinin etibarlılıq müddətləri və nasaz cihazlar haqqında məlumat vermək;
- SDM-in tələbləri və hədəflərindən xəbərdar olmaq, ehtiyac olduğu təqdirdə, Texniki Nəzarət Mütəxəssisinin göstərişinə əsasən subpodratçıları müvafiq olaraq istiqamətləndirmək. Məsul olduğu ərazidə bədbəxt hadisələrin qarşısının alınması məqsədilə qüvvədə olan SƏTƏM qaydalarına riayət etmək. Təhlükəli gördüyü hadisələr zamanı aidiyyəti işçilərə xəbərdarlıq etmək;
- İş icazəsi prosedurlarına uyğun olaraq iş təhlükəsizliyi və keyfiyyətə əsaslanan bir münasibətlə iş seçimi etmədən tabe olduğu rəhbər tərəfindən zəruri hesab edilən vəzifələri yerinə yetirmək, müəssisənin bir çox müxtəlif sahələrində özünü daim təkmilləşdirməyə diqqət yetirmək və qüsursuz işləmək;
- İş saatlarından əlavə saatlarda təcili çağırışlara cavab vermək, zərurət yarandıqda iş vaxtından artıq işləmək, iş saatlarından əlavə müraciətlərə hazır olmaq;
- Dağıdıcı Olmayan Sınaq (DOS) və digər əlaqəli xidmətləri həyata keçirən podratçıların işlərinə ehtiyac duyulduqda nəzarət etmək;
- Aylıq texniki nəzarət hesabatlarını hazırlamaq və Texniki Nəzarət üzrə Mütəxəssisə təqdim etmək;
- Texniki nəzarət məsələləri üzrə qərarların qəbul edilməsində üst rəhbərinə dəstək vermək;
- Fəaliyyət sahəsi ilə əlaqədar tabe olduğu rəhbər tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirmək;
- Məsul olduğu işlə bağlı mövcud qanunvericiliyin, daxili prosedurların, standartların və təlimatların tələblərinə agah olmaq və yerinə yetirmək.
Requirements
- Müvafiq sahə üzrə minimum orta ixtisas təhsili;
- Texnik nəzarət üzrə texnik vəzifəsində iş təcrübəsi arzuolunandır;
- Səviyyə 2 ASNT 1C və ya EN 9712 NS (PT), USS (UT), MHS (MT), VT, RT – hər hansı biri və bir neçəsi olmalı;
- CSWIP 3.1 arzu olunandır;
- İngilis dili biliyi arzuolunandır.
Engineering
Oil and gas