Azerconnect LLC

Təchizat üzrə aparıcı mütəxəssis

By agreement 91
Full-time
Baku, Azerbaijan
16.01.24 - 15.02.24

Working conditions

  • Vəzifə öhdəliklərinə uyğun olaraq satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
  • Strateji və əsas biznes müqavilələri ilə bağlı satınalmalar strategiyasının formalaşdırılması məqsədilə proqnoz xarakterli məlumatlar toplamaq və tələbatla əlaqədar təhlil aparmaq üçün əməliyyat şöbəsi ilə əməkdaşlıq etmək;
  • Daxili müştərilər ilə xüsusi əhəmiyyətli, yüksək riskli və yüksək prioritetli müqavilələr üçün müqavilələrin icrasına nəzarətin əhatə dairəsini və təchizat strategiyalarını nəzərdən keçirmək və müəyyənləşdirmək;
  • Qiymət təklifinə dair sorğuya/tender sənədlərinə əlavə edilməli olan bütün texniki sənədləri əldə etmək;
  • Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək;
  • Qiymətləndirmə strategiyasının sənədini müəyyənləşdirmək və təsdiqləmək üçün Satınalmalar Şöbəsinin müdiri və daxili maraqlı tərəflərlə birlikdə işləmək;
  • Qiymət təklifinə dair sorğu/tender paketi hazırlamaq, tender prosesini sürətləndirmək və təklifləri qəbul etmək;
  • Kommersiya və texniki qiymətləndirmə prosesini başlatmaq;
  • Texniki komandanın verdiyi məlumatları qəbul etmək və onları tender iştirakçıları ilə paylaşmaq. Ehtiyac yaranarsa, tender təklifini nəzərdən keçirmək;
  • Satınalmanın həcmi ilə şərtlər, zəmanətlər, kompensasiya və sığorta arasındakı uyğunsuzluqları nəzərdən keçirmək;
  • Satınalmaların həyata keçirilməsi üzrə xidmətlərlə bağlı “gizli” öhdəlikləri, inkotermlər, ixrac/idxal üzrə məhdudiyyətlər, daşınma öhdəlikləri və vergidən azadolmaya dair tələblərə uyğunluq kimi məsələləri nəzərdən keçirmək.

Requirements



This job has expired

Related vacancies