Bakı,
Azərbaycan
16.01.24
-
15.02.24
İş haqqında məlumat
- Vəzifə öhdəliklərinə uyğun olaraq satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
- Strateji və əsas biznes müqavilələri ilə bağlı satınalmalar strategiyasının formalaşdırılması məqsədilə proqnoz xarakterli məlumatlar toplamaq və tələbatla əlaqədar təhlil aparmaq üçün əməliyyat şöbəsi ilə əməkdaşlıq etmək;
- Daxili müştərilər ilə xüsusi əhəmiyyətli, yüksək riskli və yüksək prioritetli müqavilələr üçün müqavilələrin icrasına nəzarətin əhatə dairəsini və təchizat strategiyalarını nəzərdən keçirmək və müəyyənləşdirmək;
- Qiymət təklifinə dair sorğuya/tender sənədlərinə əlavə edilməli olan bütün texniki sənədləri əldə etmək;
- Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək;
- Qiymətləndirmə strategiyasının sənədini müəyyənləşdirmək və təsdiqləmək üçün Satınalmalar Şöbəsinin müdiri və daxili maraqlı tərəflərlə birlikdə işləmək;
- Qiymət təklifinə dair sorğu/tender paketi hazırlamaq, tender prosesini sürətləndirmək və təklifləri qəbul etmək;
- Kommersiya və texniki qiymətləndirmə prosesini başlatmaq;
- Texniki komandanın verdiyi məlumatları qəbul etmək və onları tender iştirakçıları ilə paylaşmaq. Ehtiyac yaranarsa, tender təklifini nəzərdən keçirmək;
- Satınalmanın həcmi ilə şərtlər, zəmanətlər, kompensasiya və sığorta arasındakı uyğunsuzluqları nəzərdən keçirmək;
- Satınalmaların həyata keçirilməsi üzrə xidmətlərlə bağlı “gizli” öhdəlikləri, inkotermlər, ixrac/idxal üzrə məhdudiyyətlər, daşınma öhdəlikləri və vergidən azadolmaya dair tələblərə uyğunluq kimi məsələləri nəzərdən keçirmək.
Tələblər
- Təhsil: Bakalavr dərəcəsi və ya daha yüksək dərəcə;
- Təcrübə: Müvafiq sahədə 3 il;
- Dil bilikləri: İngilis dilini;
- Kompüter bacarıqları: MS Office proqramlarını bilməlidir;
- Müqavilələrin icrasına nəzarət;
- Kompleks P2P (satınalma ödəmə müddəti) prosesləri;
- Danışıqlar aparmaq;
- Bazar araşdırması və təhlili;
- Maraqlı tərəflər arasında fəaliyyət.
- Vakansiya ilə maraqlanan şəxslər https://fa-emfh-saasfaprod1.fa.ocs.oraclecloud.com/hcmUI/CandidateExperience/en/sites/CX_1007/job/846/?utm_medium=jobshare linkinə keçid edərək müraciət edə bilər.
Satınalma
İKT
Elanın müddəti bitmişdir