Baku,
Azerbaijan
01.11.24
-
01.12.24
Working conditions
- Korporativ müştərilər ilə əlaqələr quraraq, şirkətin məhsullarına dair təqdimatlar edir və məlumat verir, mövcud müştərilər ilə iş fəaliyyətini genişləndirir;
- Korporativ müştərilər ilə müqavilələrin bağlanmasını və rəhbərliyin müqavilə ilə tanış olmasını təmin edir, müqavilələrin, ticari şərtlərin imzalanmasının təşkilində iştirak edir;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən edir, təhlil edir və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirir;
- Korporativ satış üzrə bazar araşdırması həyata keçirir, həftəlik/aylıq hesabatlar hazırlayır və birbaşa rəhbərinə təqdim edir;
- Aylıq iş planına uyğun müştəri ziyarətləri və satış hədəflərini həyata keçirir, hər ayın sonu satış planının icrası ilə bağlı hesabatlar hazırlayır və birbaşa rəhbərinə təqdim edir;
- Mütəmadi olaraq ona təhkim olunmuş bölgə üzrə satışın gedişatını izləyir və bu barədə birbaşa rəhbərinə məlumat verir, riskləri qabaqcadan müəyyən edir;
- Məhsulların müştərilərə sanitar-gigiyenik qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyi tələblərinə uyğun olaraq saxlanılmasına, çatdırılmasına və təhvil-təsliminə nəzarət edir;
- Müştərilərə olunacaq endirim və kampaniyaları əvvəlcədən birbaşa rəhbəri və müvafiq şöbələrlə razılaşdırır, aksiyaları düzgün şəkildə və sənədləşmə qaydaları ilə təmin edir;
- Tabe olduğu rəhbərin vəzifə öhdəliklərinin icrası ilə bağlı digər tapşırıqlarını icra edir;
- Əmək haqqı vəzifə maaşı və bonuslar əsasında formalaşır;
- Korporativ nömrə və ya limitlə təmin edilir;
- Yanacaq kartı və ya yol xərci ilə təmin edilir.
Requirements
- Müvafiq sahədə azı 3 il iş stajına malik olmalıdır;
- Azərbaycan dilini yüksək səviyyədə bilməlidir;
- MS Office proqramlarından istifadə bacarığı olmalıdır;
- Satışın təşkili və müştəri cəlbetmə qaydalarını bilməlidir;
- Nəzakətli və gülərüzlü olmalıdır;
- Effektiv ünsiyyət qurmaq və təqdimetmə bacarıqlarına malik olmalıdır;
- Operativ, dəqiq və məsuliyyətli olmalıdır;
- Komanda şəklində və şirkətin satış hədəfləri istiqamətində çalışmalıdır.
Sales
Design