SAB

Supervayzer (korporativ satışlar üzrə)

Ə/h razılaşma ilə 158
Tam iş günü
Bakı, Azərbaycan
01.11.24 - 01.12.24

İş haqqında məlumat

  • Korporativ müştərilər ilə əlaqələr quraraq, şirkətin məhsullarına dair təqdimatlar edir və məlumat verir, mövcud müştərilər ilə iş fəaliyyətini genişləndirir;
  • Korporativ müştərilər ilə müqavilələrin bağlanmasını və rəhbərliyin müqavilə ilə tanış olmasını təmin edir, müqavilələrin, ticari şərtlərin imzalanmasının təşkilində iştirak edir;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən edir, təhlil edir və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirir;
  • Korporativ satış üzrə bazar araşdırması həyata keçirir, həftəlik/aylıq hesabatlar hazırlayır və birbaşa rəhbərinə təqdim edir;
  • Aylıq iş planına uyğun müştəri ziyarətləri və satış hədəflərini həyata keçirir, hər ayın sonu satış planının icrası ilə bağlı hesabatlar hazırlayır və birbaşa rəhbərinə təqdim edir;
  • Mütəmadi olaraq ona təhkim olunmuş bölgə üzrə satışın gedişatını izləyir və bu barədə birbaşa rəhbərinə məlumat verir, riskləri qabaqcadan müəyyən edir;
  • Məhsulların müştərilərə sanitar-gigiyenik qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyi tələblərinə uyğun olaraq saxlanılmasına, çatdırılmasına və təhvil-təsliminə nəzarət edir;
  • Müştərilərə olunacaq endirim və kampaniyaları əvvəlcədən birbaşa rəhbəri və müvafiq şöbələrlə razılaşdırır, aksiyaları düzgün şəkildə və sənədləşmə qaydaları ilə təmin edir;
  • Tabe olduğu rəhbərin vəzifə öhdəliklərinin icrası ilə bağlı digər tapşırıqlarını icra edir;
  • Əmək haqqı vəzifə maaşı və bonuslar əsasında formalaşır;
  • Korporativ nömrə və ya limitlə təmin edilir;
  • Yanacaq kartı və ya yol xərci ilə təmin edilir.

Tələblər

  • Müvafiq sahədə azı 3 il iş stajına malik olmalıdır;
  • Azərbaycan dilini yüksək səviyyədə bilməlidir;
  • MS Office proqramlarından istifadə bacarığı olmalıdır;
  • Satışın təşkili və müştəri cəlbetmə qaydalarını bilməlidir;
  • Nəzakətli və gülərüzlü olmalıdır;
  • Effektiv ünsiyyət qurmaq və təqdimetmə bacarıqlarına malik olmalıdır;
  • Operativ, dəqiq və məsuliyyətli olmalıdır;
  • Komanda şəklində və şirkətin satış hədəfləri istiqamətində çalışmalıdır.