SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Statik avadanlıqlar üzrə aparıcı mühəndis

By agreement 238
Full-time
Baku, Azerbaijan
15.05.24 - 14.06.24

Working conditions

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək. İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunmasını həyata keçirmək. İş bitdikdən sonra iş yerini və alətləri təmiz saxlamaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq;
  • Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək; 
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
  • Ehtiyat hissələrini müəyyən etmək və sifarişini SAP sistemi üzərindən izləmək;
  • Statik avadanlıqların təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatları hazırlamaq;
  • Statik avadanlıqlar üçün illik xərclərin büdcəyə uyğunluğunu izləmək;
  • Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə: mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələr vermək;
  • Podratçı şirkətin statik avadanlıqlar ilə əlaqədar görəcəyi işlərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfələr vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;
  • İş yeri: Qaradağ rayonu.

Requirements

  • Təhsil: Müvafiq sahə üzrə bakalavr təhsili (Mexanika mühəndisliyi və s.);
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 5 il müvafiq iş təcrübəsi;
  • Dil bilikləri: İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook);
  • İxtisasa uyğun olan diplom, beynəlxalq və yerli standartların tələblərinə cavab verən sertfikatlar;
  • Mexaniki sxemləri və P&ID oxumağı bacarmalı;
  • Kolonların, siyirtmələrin, qoruyucu klapanların, buxar tutucularının, müxtəlif növ istilik dəyişdiricilərin, tutumların və s. təftiş və təmir bacarığının olması.


This job has expired