Баку,
Азербайджан
15.05.24
-
14.06.24
O работе
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək. İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunmasını həyata keçirmək. İş bitdikdən sonra iş yerini və alətləri təmiz saxlamaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq;
- Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
- Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
- Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
- Ehtiyat hissələrini müəyyən etmək və sifarişini SAP sistemi üzərindən izləmək;
- Statik avadanlıqların təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatları hazırlamaq;
- Statik avadanlıqlar üçün illik xərclərin büdcəyə uyğunluğunu izləmək;
- Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə: mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələr vermək;
- Podratçı şirkətin statik avadanlıqlar ilə əlaqədar görəcəyi işlərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfələr vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;
- İş yeri: Qaradağ rayonu.
Требования
- Təhsil: Müvafiq sahə üzrə bakalavr təhsili (Mexanika mühəndisliyi və s.);
- Təcrübə: Müvafiq sahə üzrə ən azı 5 il müvafiq iş təcrübəsi;
- Dil bilikləri: İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
- Kompüter bacarıqları: Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook);
- İxtisasa uyğun olan diplom, beynəlxalq və yerli standartların tələblərinə cavab verən sertfikatlar;
- Mexaniki sxemləri və P&ID oxumağı bacarmalı;
- Kolonların, siyirtmələrin, qoruyucu klapanların, buxar tutucularının, müxtəlif növ istilik dəyişdiricilərin, tutumların və s. təftiş və təmir bacarığının olması.
Инжиниринг
Нефть и газ
Срок действия задания истек