Baku,
Azerbaijan
01.05.24
-
31.05.24
Working conditions
- Şöbənin ümumi fəaliyyətinin təşkilində iştirak etmək və təkmilləşdirilməsi üzrə şöbə müdirinə təkliflər vermək;
- Şöbənin ümumi fəaliyyətinin həyata keçirilməsi istiqamətində tapşırılmış işlərin düzgün təşkil və icra olunmasını təmin etmək;
- Şöbəyə daxil olmuş sorğu, əmr, qərar layihələrinin və digər sənədlərin icrasını daim nəzarətdə saxlamaq və şöbə müdirini mütəmadi məlumatlandırmaq, öz səlahiyyətlərinə aid olanlara münasibətdə icra etmək;
- Tapşırıq əsasında, Cəmiyyətin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəli müqavilələrin, əqdlərin, memorandum və bu qəbildən olan digər sənədlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə hazırlanması, yoxlanılması, o cümlədən müqavilələrin idarəçiliyi bağlı müvafiq işlərin həyata keçirilməsində iştirak etmək;
- Qanunvericilikdə baş verən yeniliklər üzrə əlavə və dəyişikliklərə dair qanunvericilik buraxılışlarını yoxlamaq və yekun halda şöbə müdirinə təqdim edilməsini təmin etmək;
- Tapşırıq əsasında Cəmiyyətin fəaliyyəti üzrə hüquqi ekspertizaların aparılmasında, hüquqi risklərin dəyərləndirilməsi üzrə zəruri tədbirlərin icrasının təmin edilməsində iştirak etmək;
- Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair arayışlara baxış keçirtmək, təkliflər vermək və şöbə müdirinə təqdim edilməsi üçün razılaşdırmaq;
- Daxil olmuş sorğular əsasında Cəmiyyətin struktur bölmələrinə qanunvericiliyin və Cəmiyyətin Nizamnaməsinin tətbiqi ilə əlaqədar hüquqi yardım göstərmək və ya belə yardımın göstərilməsinə iştirak etmək;
- Şöbənin fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların hazırlanaraq şöbə müdirinə, müəyyən edilmiş hallarda isə aidiyyəti üzrə təqdim etmək;
- Hesabatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif məzmunlu reyestrlərin və bu qəbildən olan digər sənədlərin icra edilməsinə nəzarət etmək.
Requirements
- Təhsil: Ali hüquq təhsili tələb olunur;
- Təcrübə: Müvafiq sahə üzrə təcrübə müddəti - ən azı 5 il, ümumi təcrübə müddəti - ən azı 7 il, idarəetmə təcrübəsi - ən azı 3 il;
- Kompüter bacarıqları: Microsoft Office proqramlarında işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri yaxşı səviyyədə tələb olunur;
- Məsuliyyət, əməkdaşlıq, innovativlik-öz üzərində çalışma, dürüstlük, nəticə yönümlülük, təşəbbüskarlıq, planlama, çeviklik, analiz və problem həll etmə, liderlik.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/daxil-ol linkinə keçid edərək müraciət edə bilər.
Administrative, Business, Management
Professional services