AzerGold CJSC

Şöbə müdirinin müavini

По соглашению
Полн. занятость
Баку, Азербайджан
01.05.24 - 31.05.24

O работе

  • Şöbənin ümumi fəaliyyətinin təşkilində iştirak etmək və təkmilləşdirilməsi üzrə şöbə müdirinə təkliflər vermək;
  • Şöbənin ümumi fəaliyyətinin həyata keçirilməsi istiqamətində tapşırılmış işlərin düzgün təşkil və icra olunmasını təmin etmək;
  • Şöbəyə daxil olmuş sorğu, əmr, qərar layihələrinin və digər sənədlərin icrasını daim nəzarətdə saxlamaq və şöbə müdirini mütəmadi məlumatlandırmaq, öz səlahiyyətlərinə aid olanlara münasibətdə icra etmək;
  • Tapşırıq əsasında, Cəmiyyətin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəli müqavilələrin, əqdlərin, memorandum və bu qəbildən olan digər sənədlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə hazırlanması, yoxlanılması, o cümlədən müqavilələrin idarəçiliyi bağlı müvafiq işlərin həyata keçirilməsində iştirak etmək;
  • Qanunvericilikdə baş verən yeniliklər üzrə əlavə və dəyişikliklərə dair qanunvericilik buraxılışlarını yoxlamaq və yekun halda şöbə müdirinə təqdim edilməsini təmin etmək;
  • Tapşırıq əsasında Cəmiyyətin fəaliyyəti üzrə hüquqi ekspertizaların aparılmasında, hüquqi risklərin dəyərləndirilməsi üzrə zəruri tədbirlərin icrasının təmin edilməsində iştirak etmək;
  • Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair arayışlara baxış keçirtmək, təkliflər vermək və şöbə müdirinə təqdim edilməsi üçün razılaşdırmaq;
  • Daxil olmuş sorğular əsasında Cəmiyyətin struktur bölmələrinə qanunvericiliyin və Cəmiyyətin Nizamnaməsinin tətbiqi ilə əlaqədar hüquqi yardım göstərmək və ya belə yardımın göstərilməsinə iştirak etmək;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların hazırlanaraq şöbə müdirinə, müəyyən edilmiş hallarda isə aidiyyəti üzrə təqdim etmək;
  • Hesabatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif məzmunlu reyestrlərin və bu qəbildən olan digər sənədlərin icra edilməsinə nəzarət etmək.

Требования

  • Təhsil: Ali hüquq təhsili tələb olunur;
  • Təcrübə: Müvafiq sahə üzrə təcrübə müddəti - ən azı 5 il, ümumi təcrübə müddəti - ən azı 7 il, idarəetmə təcrübəsi - ən azı 3 il;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri yaxşı səviyyədə tələb olunur;
  • Məsuliyyət, əməkdaşlıq, innovativlik-öz üzərində çalışma, dürüstlük, nəticə yönümlülük, təşəbbüskarlıq, planlama, çeviklik, analiz və problem həll etmə, liderlik.
  • Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/daxil-ol linkinə keçid edərək müraciət edə bilər.


Похожие вакансии