Azərbaycan Dəmir Yolları

Şöbə müdiri (Beynəlxalq əlaqələr departamenti)

By agreement
Full-time
Baku, Azerbaijan
06.05.24 - 05.06.24

Working conditions

  • Şöbənin işini təşkil etmək və ona rəhbərlik etmək;
  • Şöbənin əməkdaşları arasında vəzifə və iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət edilməsinə nəzarət etmək;
  • Funksional vəzifələrin yerinə yetirilməsi istiqamətində şöbənin əməkdaşlarına tapşırıqlar vermək və verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək;
  • Şöbədə çalışan işçilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə nəzarəti həyata keçirmək;
  • Şöbənin əməkdaşlarına əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını aşılamaq, habelə istehsalat sanitariyası, yanğın təhlükəsizliyi normalarına və qaydalarına, mülki müdafiə qaydalarına riayət olunmasına nəzarət etmək;
  • ADY rəhbərliyinin (sədr və sədr müavinləri) sahəvi qurumların, ölkəmizdə akkreditasiya olunmuş səfirləri və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri ilə görüşlərini təşkil etmək və görüşlərdən irəli gələn təşkilati məsələlərin icrası ilə bağlı tədbirlər görmək və protokol xidmətinin həyata keçirilməsini təmin etmək;
  • ADY rəhbərliyinin (sədr və sədr müavinləri) xarici ölkələrə, rəsmi görüşlərə dəvət, daxil olmuş təbrik məktublarına hazırlanmış cavab məktubların icrasına nəzarət etmək;
  • ADY-nin beynəlxalq tərəfdaşlarının ölkəyə səfər edən aidiyyəti nümayəndələrini, dəvət edilmiş qonaqlarını qarşılamaq, onları müşayiət etmək, xarici qonaqların ölkədə qalması ilə bağlı məsələlərin protokol qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
  • ADY rəhbərliyinin (sədr və sədr müavinləri) xarici ölkələrə səfəri ilə bağlı təşkilati və sənədləşmə işlərinin həyata keçirilməsinə rəhbərlik etmək;
  • Dəmir yolu nəqliyyatı sahəsində rəsmi və işgüzar yazışmaların, danışıqların aparılmasında iştirak etmək və bu yazışmaların rəsmi protokol qaydalarına uyğun olmasını təmin etmək;
  • ADY rəhbərliyinin (sədr və sədr müavinləri) iştirakı ilə keçirilən ölkə daxilində və ya xaricdə beynəlxalq səviyyəli tədbirlərin (konfrans, sərgi, seminar, dəyirmi masa və s.) təşkilində iştirak etmək;
  • Fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək, yeniliklərin və uyğun təcrübənin tətbiqi, habelə ADY-nin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
  • Departamentin Əsasnaməsinə uyğun fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Requirements

  • Azərbaycan Respublikasinin Konstitusiyası;
  • "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasinin Konstitusiya Qanunu;
  • Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu;
  • “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında və Azərbaycan Respublikası Dövlət Gerbindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının qanunları;
  • "Azərbaycan Dəmir Yolları" QSC-nin Nizamnaməsi;
  • “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”;
  • Dəmir yolu sahəsində qəbul olunmuş qanunvericilik aktları və Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunan beynəlxalq sənədlər (konvensiya, memorandum, saziş, protokol və s.);
  • Azərbaycanın müvafiq sahədə xarici siyasətinin əsas istiqamətləri barədə ümumi biliklər;
  • Problem həlletmə;
  • Keyfiyyət yönümlülük;
  • Qərar qəbuletmə;
  • Strateji düşüncə;
  • Nəticəyə istiqamətləndirmə;
  • Dəyişiklikləri idarə etmə.
  • Vakansiya ilə maraqlanan şəxslər https://career.ady.az/Vacancy/Get?id=4883#vp linkinə keçid edərək müraciət edə bilər.