Baku,
Azerbaijan
11.12.24
-
11.01.25
Working conditions
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
- Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
- İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək;
- Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
- Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
- Smetaların bazar qiymətləri ilə hesablanması;
- Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi;
- Həftə içi günlər saat 10:00-dan 18:00-dək;
- Şənbə günü 10:00-dan 16:00-dək.
Requirements
- Mühəndis (İnşaat Sahəsi) ixtisası üzrə ali təhsil;
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;
- İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır;
- MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD, Smeta+;
- Analitik düşüncə tərzi;
- Dəqiqlik, operativlik;
- Namizədlər CV-lərini “Smeta mühəndisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Engineering
Construction