ProMedia Group

SEO menecer

By agreement 902
Full-time
Baku, Azerbaijan
17.12.24 - 17.01.25

Working conditions

  • Açar sözlərin araşdırılması və optimallaşdırılması (Google Keyword Planner, Ahrefs, SEMrush kimi alətlərdən istifadə edərək açar sözlərin tədqiqi; Hədəf açar sözlərə uyğun məzmun planı hazırlamaq və həyata keçirmək);
  • Yüksək rəqabətli və az rəqabətli açar sözlərin balansını qurmaq;
  • Kontentin optimallaşdırılması (Kontentin unikal, məlumatlandırıcı və istifadəçilər üçün faydalı olmasını təmin etmək);
  • Vəziyyətlərin və mövqelərin izlənməsi;
  • Rəqiblərin təhlili və analizi;
  • On-Page SEO (Məzmunun başlıqlar, meta təsvirlər və alt mətində açar sözlərin düzgün yerləşdirilməsi. Məqalələrdə daxili keçidlərdən istifadə edərək istifadəçi təcrübəsini yaxşılaşdırmaq);
  • Off-Page SEO (Backlinklərin qurulması və keyfiyyətli əlaqələrin təmin edilməsi üçün strategiyalar hazırlamaq. PR kampaniyaları vasitəsilə vebsaytın nüfuzunu artırmaq); 
  • Ən son SEO trendlərini izləmək (Google, Bing, Yandex və digər axtarış motorlarının yeniliklərinə uyğun strategiyalar hazırlamaq);
  •  SEO analitikası və izləmə;
  • Google Analytics, Google Search Console, Ahrefs və ya digər SEO analitika alətlərindən istifadə edərək nəticələri izləmək;
  • Trafik mənbələrini, axtarış motorlarından gələn trafiki və istifadəçi davranışını təhlil etmək;
  • Kontent yazarları, veb inkişaf etdiricilər və marketinq komandası ilə əməkdaşlıq etmək;
  • SEO-nun effektivliyini artırmaq üçün digər rəqəmsal marketinq fəaliyyətlərinə dəstək vermək;
  • Vebsaytın görünürlüğünü artırmaq, axtarış motorlarından gələn orqanik trafiki yüksəltmək və nəticədə biznesin satış və ya xidmət məqsədlərinə dəstək olmaqdır;
  • Korporativ nömrə ilə təmin olunma;
  • İş saatları: 5 (beş) gün – saat 10:00-19:00;
  • Ünvan: Bakı şəh., Badamdar qəsəbəsi.  

Requirements

  • Müvafiq sahədə Ali təhsilin olması;
  • Ən azı 2 il iş təcrübəsinin olması;
  • SEO prinsiplərinə və axtarış motorlarının alqoritmlərinə dərin bilik;
  • Sosial mediada mükəmməl səviyyədə istifadə etmək bacarığı;
  • Google Analytics, Search Console, Ahrefs, SEMrush kimi alətlərlə işləmək bacarığı;
  • Texniki SEO bilikləri (HTML, CSS, JavaScript-in əsasları);
  • Dəqiqlik, məsuliyyətlilik, nəticə yönümlülük, kreativ düşüncə;
  • Strateji düşüncə və qərarvermə;
  • İqtisadiyyat və maliyyə anlayışının olması;
  • Kommunikasiya bacarıqlarının olması və Komandada işləmək;
  • Yeniliyə açıq olmaq və yaradıcı yanaşma;
  • Problem həll etmə bacarığı;
  • Rus və İngilis dili bilikləri üstünlükdür;
  • Uyğun namizədlər CV-lərini qeyd edilmiş elektron poçt ünvanına, subject hissəsinə “SEO Menecer” yazıb göndərsinlər. 

Related vacancies