Bakı,
Azərbaycan
17.12.24
-
17.01.25
İş haqqında məlumat
- Açar sözlərin araşdırılması və optimallaşdırılması (Google Keyword Planner, Ahrefs, SEMrush kimi alətlərdən istifadə edərək açar sözlərin tədqiqi; Hədəf açar sözlərə uyğun məzmun planı hazırlamaq və həyata keçirmək);
- Yüksək rəqabətli və az rəqabətli açar sözlərin balansını qurmaq;
- Kontentin optimallaşdırılması (Kontentin unikal, məlumatlandırıcı və istifadəçilər üçün faydalı olmasını təmin etmək);
- Vəziyyətlərin və mövqelərin izlənməsi;
- Rəqiblərin təhlili və analizi;
- On-Page SEO (Məzmunun başlıqlar, meta təsvirlər və alt mətində açar sözlərin düzgün yerləşdirilməsi. Məqalələrdə daxili keçidlərdən istifadə edərək istifadəçi təcrübəsini yaxşılaşdırmaq);
- Off-Page SEO (Backlinklərin qurulması və keyfiyyətli əlaqələrin təmin edilməsi üçün strategiyalar hazırlamaq. PR kampaniyaları vasitəsilə vebsaytın nüfuzunu artırmaq);
- Ən son SEO trendlərini izləmək (Google, Bing, Yandex və digər axtarış motorlarının yeniliklərinə uyğun strategiyalar hazırlamaq);
- SEO analitikası və izləmə;
- Google Analytics, Google Search Console, Ahrefs və ya digər SEO analitika alətlərindən istifadə edərək nəticələri izləmək;
- Trafik mənbələrini, axtarış motorlarından gələn trafiki və istifadəçi davranışını təhlil etmək;
- Kontent yazarları, veb inkişaf etdiricilər və marketinq komandası ilə əməkdaşlıq etmək;
- SEO-nun effektivliyini artırmaq üçün digər rəqəmsal marketinq fəaliyyətlərinə dəstək vermək;
- Vebsaytın görünürlüğünü artırmaq, axtarış motorlarından gələn orqanik trafiki yüksəltmək və nəticədə biznesin satış və ya xidmət məqsədlərinə dəstək olmaqdır;
- Korporativ nömrə ilə təmin olunma;
- İş saatları: 5 (beş) gün – saat 10:00-19:00;
- Ünvan: Bakı şəh., Badamdar qəsəbəsi.
Tələblər
- Müvafiq sahədə Ali təhsilin olması;
- Ən azı 2 il iş təcrübəsinin olması;
- SEO prinsiplərinə və axtarış motorlarının alqoritmlərinə dərin bilik;
- Sosial mediada mükəmməl səviyyədə istifadə etmək bacarığı;
- Google Analytics, Search Console, Ahrefs, SEMrush kimi alətlərlə işləmək bacarığı;
- Texniki SEO bilikləri (HTML, CSS, JavaScript-in əsasları);
- Dəqiqlik, məsuliyyətlilik, nəticə yönümlülük, kreativ düşüncə;
- Strateji düşüncə və qərarvermə;
- İqtisadiyyat və maliyyə anlayışının olması;
- Kommunikasiya bacarıqlarının olması və Komandada işləmək;
- Yeniliyə açıq olmaq və yaradıcı yanaşma;
- Problem həll etmə bacarığı;
- Rus və İngilis dili bilikləri üstünlükdür;
- Uyğun namizədlər CV-lərini qeyd edilmiş elektron poçt ünvanına, subject hissəsinə “SEO Menecer” yazıb göndərsinlər.
Marketinq
Marketing və reklam