Aztelekom

Şəhər şöbə müdiri

By agreement
Full-time
Dashkasan, Azerbaijan
06.04.24 - 06.05.24

Working conditions

  • Şöbəyə həvalə olunmuş vəzifələrin və funksiyaların yerinə yetirilməsi üçün məsuliyyət daşımaq;
  • Şöbə tərəfindən əməliyyatların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək və şöbənin operativ fəaliyyətinə rəhbərlik etmək;
  • Şöbəyə təhkim edilmiş (istismarına verilmiş) əmlakın qorunmasını təmin etmək,şöbədə yerləşən qiymətlilərin saxlanması işinin düzgün təşkili üçün məsuliyyət daşımaq;
  • Hüquqi və fiziki şəxslərin ərizələrinə, təkliflərinə, şöbə işçilərinin hərəkətləri barəsində şikayətlərinə baxmaq, bunların əsasında lazımi tədbirlər görülməsi üçün filiala göndərilməsini təmin etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin keçirilməsinin təşkil edilməsinə, işçilər tərəfindən əməyin mühafizəsi prosedurlarına və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • İşçilərin əmək intizamına, Cəmiyyətin daxili sənədlərinin tələblərinə əməl etməsinə, müəyyən edilmiş iş günü (vaxtı)  müddətini pozmamasına və işə davamiyyətinə nəzarəti həyat keçirmək;
  • Şöbədə işin lazımi rejimdə, tələb olunan hallarda isə məxfi aparılması üçün məsuliyyət daşımaq;
  • Filial müdirinin, həmçinin Cəmiyyətin baş ofisinin struktur bölmə rəhbərlərinin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Requirements

  • Təhsil: Ali;
  • Təcrübə: İdarəçilik üzrə minimum 3 il iş təcrübəsi (Rabitə sahəsi üzrə olması üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
  • Kompüter bacarıqları: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalıdır;
  • Peşəkar şifahi və yazılı ünsiyyət bacarığı;
  • Telekommunikasiya sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalıdır;
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
  • Öz işinə göstərdiyi münasibəti və davranışı ilə kollektivdə pozitiv komanda ruhu yaratmalıdır;
  • Nəzakətli və dürüst olmalıdır;
  • Maraqların münaqişəsi hallarının qarşısını almalıdır.