Aztelekom

Müştəri təcrübəsinin idarəedilməsi üzrə şöbə müdiri

By agreement
Full-time
Baku, Azerbaijan
26.04.24 - 26.05.24

Working conditions

  • Marketinq idarəedilməsi prosesinin və ona aid olan bütün sənədlərin yaradılması, daim təkmilləşdirilməsi;
  • Marketinq strategiyasının yaradılması, məhsul və xidmətlərin reklam işlərinin təşkili və onların təbliğ edilməsi;
  • Şöbəyə aid sənədləşmənin qanunvericiliyinə əsasən və yeniliklər nəzarə almaqla aparılmasına nəzarət edilməsi;
  • Tabeçiliyində olan işçilərə rəhbərlik edilməsi, onların arasında iş yükünün səmərəli paylaşdırılması;
  • Kontentin yaradılmasına, tədbirlərin təşkilinə, reklam işlərinə, kampaniyaların yaradılmasına, kopiraytinq və fəaliyyətin təhlilinə nəzarət edilməsi və zəruri hallarda iştirak etmək;
  • Departamentin digər struktur bölmələri ilə şöbə fəaliyyətinin koordinasiya edilməsi, onların qarşılıqlı əlaqəsinin təmin edilməsi;          
  • Şöbəsinin fəaliyyəti ilə bağlı aylıq, rüblük, yarımillik və illik işin təhlil edilməsi və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edilməsi;
  • Müştəri təcrübəsinin tam sahiblənilməsi və idarə edilməsi;
  • Ən son marketinq tendensiyaları və texnologiyalarından xəbərdar olmaq və texniki imkanlar çərçivəsində şirkət xidmətlərində tətbiq etmək;
  • Marketinq kampaniyaların effektivliyinin təhlili və nəticələrlə bağlı məlumatın əlaqəli departamentlərlə paylaşılması;
  • "Time to Market” strategiyasından cavabdeh olmaq və davamlı təkmilləşdirmək;
  • Səlahiyyətləri çərçivəsində tabeçiliyində olan sektorların işinə nəzarət etmək, göstərişlər vermək və onlardan dəqiq icra olunmasını tələb etmək.

Requirements

  • Təhsil: Biznes, Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil (MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək);
  • Təcrübə: Marketing sahəsi üzrə minimum 4 il iş təcrübəsi (B2C və B2B xidmət məhsulları istiqamətində) 2 il rəhbər təcrübəsi olmalıdır;
  • Dil bilikləri: Azərbaycan dili və ingilis dillərini sərbəst bilməlidir (rus dili bilməsi arzu olunandır);
  • Kompüter bacarıqları: MS Office (Word, Excel, Powerpoint, Outlook) proqramları üzrə biliklər;
  • Biznesə sahib çıxma və biznes problemlərinin həllini fəal şəkildə tapmaq bacarığı;
  • Müxtəlif səviyyələrdə maraqlı tərəflərlə qarşılıqlı əlaqə qurmaq bacarığı ilə güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Müştərinin uğurunu, saxlanmasını və böyüməsini təmin etmək bacarığı;
  • Qərar qəbulu üçün CRM alətlərindən və məlumatların təhlilindən istifadə təcrübəsi olan analitik düşüncə tərzi;
  • Bazarda olan tələbatı təhlil etmə bacarığı;
  • Kreativ və yeni texnologiyalara dair qabaqcıl təcrübələrinin tədqiqatının aparılması bacarığı;
  • Biznes və maliyyə üzrə anlayışı olmalıdır;
  • Müxtəlif növ hesabatları fərqli formatlarda təqdim etmə bacarığı;
  • Məlumata əsaslanan analitik düşüncə tərzinə sahib olmaq;
  • Rəhbərlik qarşısında məlumatı effektiv şəkildə təqdim etmə bacarığı;
  • “Multitasking” və təzyiq altında nəticələri təqdim etmək bacarığı.


This job has expired

Related vacancies