Baku,
Azerbaijan
05.11.24
-
05.12.24
Working conditions
- Təşkilat üçün müştəri xidmətləri siyasətinin işlənib hazırlanması və tətbiq edilməsində yardımın göstərilməsi. Xidmət prosedurlarının, siyasətinin və standartlarının inkişaf etdirilməsi;
- Yeni xidmət və aksiyalar barədə müştərilərin məlumatlandırılması;
- Düzgün şəkildə qeydlərin aparılması və müştəri xidmətləri üzrə fəaliyyətin və müzakirələrin sənədləşdirilməsi;
- Gələcəkdə istinad məqsədilə müştərilərlə gündəlik yazışmalar üzrə sənədləşmənin və hesabatların hazırlanması;
- İcra edilmiş iş barədə hesabatların hazırlanması və rəhbərlə əks əlaqənin yaradılması;
- Vaxtında və düzgün qaydada müştərilərin elektron məktub və telefon sorğularının (şərhlərinin, şikayət və ya təkliflərinin) cavablandırılması, müvafiq şəxslərin cəlb edilməsi və yaranan problemlərin həll edilməsi;
- Problemlərin həll edilməsi məqsədilə müştərilərlə (kursun tələbələri və ya valideynləri) daimi olaraq ünsiyyətin qurulması və onlarla rəhbərlik və ya müəllimlər tərəfindən gələn təkliflərlərin çatdırıması;
- Müştəri məmnunluğunun ölçülməsi yollarının tapılması. Müştərilərdən (valideynlərdən və ya tələbələrdən) məhsul və xidmətlər haqqında rəsmi və qeyri-rəsmi rəylərin toplanması; Bəzi intizam məsələlərində dəstəyin göstərilməsi;
- Tələbələrə nəzarət və onların davranışlarının intizam qaydalarına uyğun olmasının təmin edilməsi. Hər hansı qayda pozuntusu baş verdiyi halda, növbəti razılaşdırılmış addımlar çərçivəsində tədbirlə-rin görülməsi. Qayda pozuntusunun səbəblərinin təhlil edilməsi və gələcəkdə bu cür halların baş verməməsi üçün təkliflərin irəli sürülməsi;
- Müştərilərin (valideynlərin) müvafiq vasitələrlə (elektron və ya yazılı məktublar, sms mesajlar, telefon zəngləri və s.) kursda təhsil alan şağirdlərin davamiyyəti, akademik irəliləyişi və davranışı haqqında daimi olaraq məlumatlandırılması;
- Kursu tərk etmək, bəzi fənlərdən imtina etmək istəyən müştərilərlə söhbətlərin aparılması və onların kursda qalmalarının təmin edilməsi;
- Müqaviləyə xitam verilmə səbəblərinin müntəzəm qaydada (hər ay) təhlil edilməsi. Ümumi statistikanın təhlil edilməsi və hesabatların təqdim edilməsi;
- Rəhbərliyin (və digər müvafiq tərəflərin) müştərilərdən gələn rəylər və təhlil-hesabat formaları (müqaviləyə xitam vermə səbəbləri, məmnunluq və qeyri-məmnunluq səbəbləri) haqqında mütəmadi olaraq məlumatlandırılması;
- Tələb olunan hesabat formasının mövcudluğunun təmin edilməsi və lazımi məlumatların əldə edilməsi məqsədilə Məhsul və Tədris Departamentlərinin məlumatlarının izlənilməsi;
- Müştərilərin PLC (bilik səviyyəsinin ölçülməsi) testləri üçün qeydiyyatı və istiqamətləndirilməsi,
- PLC (bilik səviyyəsinin ölçülməsi) testi üzrə cavabların təhlili və müştərilərə verilməsi;
- Şagirdlərin imtahanda göstərdikləri nəticələrinin təhlil edilməsi və şagirdlərə verilməsi;
- Şagird və valideynlərə cədvəllərin verilməsi (DIM və GET);
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası;
- Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür;
- İşçinin əmək funksiyaları əmək müqaviləsinə əlavə olaraq tərtib olunmuş və imzalanmış vəzifə təlimatı ilə tənzimlənir;
- İşçi vəzifə təlimatında olan bütün əmək funksiyalarına əməl etməyə cavabdehlik daşıyır;
- Əmək haqqı - fix + bonus;
- İş saatları – Həftədə 40 saat olmaqla 6 günlük iş rejimi.
Requirements
- Azərbaycan və Rus dillərində səlist danışıq qabiliyyəti;
- Ünsiyyət qurmaq və inandırmaq bacarıqları;
- Müştəri ehtiyyacının müəyyən edilməsi;
- Komandada işləmək bacarığı;
- Satış üzrə minimum 1 il iş təcrübəsi.
Sales
Education