DərsEvi

Satış üzrə mütəxəssis

400 ₼ 0
Полн. занятость
Баку, Азербайджан
05.11.24 - 05.12.24

O работе

  • Təşkilat üçün müştəri xidmətləri siyasətinin işlənib hazırlanması və tətbiq edilməsində yardımın göstərilməsi. Xidmət prosedurlarının, siyasətinin və standartlarının inkişaf etdirilməsi;
  • Yeni xidmət və aksiyalar barədə  müştərilərin məlumatlandırılması;  
  • Düzgün şəkildə qeydlərin aparılması və müştəri xidmətləri üzrə fəaliyyətin və müzakirələrin sənədləşdirilməsi;
  • Gələcəkdə istinad məqsədilə müştərilərlə gündəlik yazışmalar üzrə sənədləşmənin və hesabatların hazırlanması;
  • İcra edilmiş iş barədə hesabatların hazırlanması və rəhbərlə əks əlaqənin yaradılması;
  • Vaxtında və düzgün qaydada müştərilərin elektron məktub və telefon sorğularının (şərhlərinin, şikayət və ya təkliflərinin) cavablandırılması, müvafiq şəxslərin cəlb edilməsi və yaranan problemlərin həll edilməsi;
  • Problemlərin həll edilməsi məqsədilə müştərilərlə (kursun tələbələri və ya valideynləri) daimi olaraq ünsiyyətin qurulması  və onlarla rəhbərlik və ya  müəllimlər  tərəfindən  gələn  təkliflərlərin çatdırıması;
  • Müştəri məmnunluğunun ölçülməsi yollarının tapılması. Müştərilərdən (valideynlərdən və ya tələbələrdən) məhsul və xidmətlər haqqında rəsmi və qeyri-rəsmi rəylərin toplanması; Bəzi intizam məsələlərində dəstəyin göstərilməsi;
  • Tələbələrə  nəzarət  və onların  davranışlarının intizam qaydalarına uyğun olmasının təmin  edilməsi. Hər hansı qayda pozuntusu baş verdiyi halda, növbəti razılaşdırılmış addımlar çərçivəsində tədbirlə-rin görülməsi. Qayda  pozuntusunun səbəblərinin  təhlil edilməsi və gələcəkdə bu cür halların baş verməməsi üçün təkliflərin irəli sürülməsi;
  • Müştərilərin (valideynlərin) müvafiq vasitələrlə (elektron və ya yazılı məktublar, sms mesajlar, telefon zəngləri və s.) kursda təhsil alan şağirdlərin davamiyyəti, akademik irəliləyişi və davranışı haqqında daimi olaraq məlumatlandırılması;
  • Kursu tərk etmək, bəzi fənlərdən imtina etmək  istəyən  müştərilərlə söhbətlərin aparılması və onların  kursda qalmalarının təmin edilməsi;
  • Müqaviləyə xitam verilmə səbəblərinin müntəzəm qaydada (hər ay) təhlil edilməsi. Ümumi statistikanın təhlil edilməsi və hesabatların təqdim edilməsi;
  • Rəhbərliyin (və digər  müvafiq  tərəflərin) müştərilərdən  gələn  rəylər  və  təhlil-hesabat  formaları (müqaviləyə  xitam  vermə səbəbləri, məmnunluq və  qeyri-məmnunluq  səbəbləri) haqqında  mütəmadi olaraq məlumatlandırılması;
  • Tələb olunan hesabat formasının mövcudluğunun təmin edilməsi və lazımi məlumatların əldə edilməsi məqsədilə Məhsul və Tədris Departamentlərinin məlumatlarının izlənilməsi;
  • Müştərilərin PLC (bilik səviyyəsinin ölçülməsi) testləri üçün qeydiyyatı və istiqamətləndirilməsi,
  • PLC (bilik səviyyəsinin ölçülməsi) testi üzrə cavabların təhlili və müştərilərə verilməsi;
  • Şagirdlərin imtahanda göstərdikləri nəticələrinin təhlil edilməsi və şagirdlərə verilməsi;
  • Şagird və valideynlərə cədvəllərin verilməsi (DIM və GET);
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası;
  • Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür;
  • İşçinin əmək funksiyaları əmək müqaviləsinə əlavə olaraq tərtib olunmuş və imzalanmış vəzifə təlimatı ilə tənzimlənir;
  • İşçi vəzifə təlimatında olan bütün əmək funksiyalarına əməl etməyə cavabdehlik daşıyır;
  • Əmək haqqı - fix + bonus;
  • İş saatları – Həftədə 40 saat olmaqla 6 günlük iş rejimi.

Требования

  • Azərbaycan və Rus dillərində səlist danışıq qabiliyyəti;
  • Ünsiyyət qurmaq və inandırmaq bacarıqları;
  • Müştəri ehtiyyacının müəyyən edilməsi;
  • Komandada işləmək bacarığı;
  • Satış üzrə minimum 1 il iş təcrübəsi.

Срок действия задания истек

Похожие вакансии