Region,
Azerbaijan
30.10.24
-
30.11.24
Working conditions
- İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir;
- Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
- Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
- Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
- Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
- Layihə sənədlərinin ekspertizasını keçirir;
- Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
- Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
- Filialın fəaliyyət ərazisində sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün tikinti obyektlərinin qaz qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir;
- İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir;
- Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
- Öz fəaliyyəti barədə Filial rəisinə hesabat verir;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yeri: Regionlar üzrə.
Requirements
- Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Yaş həddi 25-45 aralığı;
- Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
- Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
Engineering
Utilities