Azerbaijan Energy Regulatory Agency
Ə/h razılaşma ilə 30
Tam iş günü
Bölgələr, Azərbaycan
30.10.24 - 30.11.24

İş haqqında məlumat

  • İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir; 
  • Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
  • Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
  • Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
  • Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
  • Layihə sənədlərinin ekspertizasını keçirir;
  • Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
  • Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir; 
  • Filialın fəaliyyət ərazisində sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün tikinti obyektlərinin qaz qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir; 
  • İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; 
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
  • İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir;
  • Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
  • Öz fəaliyyəti barədə Filial rəisinə hesabat verir;
  • Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
  • Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yeri: Regionlar üzrə.

Tələblər

  • Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Yaş həddi 25-45 aralığı;
  • Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
  • Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti.


Oxşar vakansiyalar