SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Planlama işləri üzrə aparıcı mühəndis

By agreement 139
Full-time
Baku, Azerbaijan
16.07.24 - 15.08.24

Working conditions

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş və hazırlanmış olan iş həcmlərinin müzakirəsi və təsdiqlənməsini icra etmək;
  • Planlaşdırılmış  təmir işləri üçün təqdim edilmiş iş həcmlərinə uyğun olaraq hazırlanmış olan iş addımlarını (iş planı) və iş ardıcıllıqlarını yoxlamaq və uyğunluğunu təsdiqləmək;
  • İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını yoxlamaq, uyğunluğunu təsdiqləmək və aidiyyəti şöbələrə yönləndirmək;
  • Planlaşdırılmış təmir zamanı podratçı tərəfindən görüləcək olan servis işləri üçün texniki şərtmanəni hazırlamaq və aidiyyəti şöbələrə yönləndirmək;
  • Planlaşdırılmış  təmir üçün sifariş edilmiş ehtiyat hissələri, mal-material ve servis xidmətlərinin gedişatını izləmək;
  • Təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatlar hazırlamaq;
  • SAP proqramında yaradılmış olan iş bildiriş və iş sifarişlərini yoxlamaq və təsdiqləmək;
  • Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təşkil etmək;
  • Planlaşdırılmış təmir ilə əlaqədar bütün sənədlərin toplanması və qovluq şəkildə saxlanmasını təşkil etmək;
  • Planlaşdırılmış  təmir üçün lazım olan günlük, həftəlik və aylıq toplantıların keçirilməsini və toplantının aparılmasını təmin etmək;
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;
  • İş yeri: Qaradağ.

Requirements

  • Təhsil: Müvafiq sahə üzrə bakalavr təhsili (Mühəndislik);
  • Təcrübə: Sənayedə təmirin planlaşdırılması sahəsində 5 il iş təcrübəsi olmalı;
  • Dil bilikləri: İngilis dili yaxşı səviyyədə olmalı;
  • Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığı olmalı;
  • Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı.


This job has expired