Bakı,
Azərbaycan
16.07.24
-
15.08.24
İş haqqında məlumat
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş və hazırlanmış olan iş həcmlərinin müzakirəsi və təsdiqlənməsini icra etmək;
- Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş iş həcmlərinə uyğun olaraq hazırlanmış olan iş addımlarını (iş planı) və iş ardıcıllıqlarını yoxlamaq və uyğunluğunu təsdiqləmək;
- İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını yoxlamaq, uyğunluğunu təsdiqləmək və aidiyyəti şöbələrə yönləndirmək;
- Planlaşdırılmış təmir zamanı podratçı tərəfindən görüləcək olan servis işləri üçün texniki şərtmanəni hazırlamaq və aidiyyəti şöbələrə yönləndirmək;
- Planlaşdırılmış təmir üçün sifariş edilmiş ehtiyat hissələri, mal-material ve servis xidmətlərinin gedişatını izləmək;
- Təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatlar hazırlamaq;
- SAP proqramında yaradılmış olan iş bildiriş və iş sifarişlərini yoxlamaq və təsdiqləmək;
- Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təşkil etmək;
- Planlaşdırılmış təmir ilə əlaqədar bütün sənədlərin toplanması və qovluq şəkildə saxlanmasını təşkil etmək;
- Planlaşdırılmış təmir üçün lazım olan günlük, həftəlik və aylıq toplantıların keçirilməsini və toplantının aparılmasını təmin etmək;
- Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;
- İş yeri: Qaradağ.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə bakalavr təhsili (Mühəndislik);
- Təcrübə: Sənayedə təmirin planlaşdırılması sahəsində 5 il iş təcrübəsi olmalı;
- Dil bilikləri: İngilis dili yaxşı səviyyədə olmalı;
- Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığı olmalı;
- Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı.
İnzibati, Biznes, İdarəetmə
Neft və qaz
Elanın müddəti bitmişdir