Daşkəsən Dəmir Filiz MMC

Nəqliyyat üzrə kiçik mütəxəssis

By agreement 138
Full-time
Baku, Azerbaijan
28.08.24 - 27.09.24

Working conditions

  • Cəmiyyətin balansında olan nəqliyyat vasitələrinin siyahılaşdırmaq, həmin nəqliyyat vasitələrinin sənədlərinin (texniki pasport, sürücülük vəsiqəsi, icbari sığorta, yol vərəqəsi və yaxud etibarnamə) düzgünlüyünü təqib etmək, əskikliklər barəsində rəhbərliyə məlumat vermək;
  • Cəmiyyətin baş ofisində olan minik avtomobillərinin istismara verilmədən öncə sürücülərə təhvil-təslim aktları ilə təhkim etmək və lazımi təlimatları vermək;
  • Cəmiyyətin baş ofisində olan minik avtomobillərinin nasazlıqlarını aşkarlamaq üçün yoxlamalar keçirmək və nasazlıqların vaxtında aradan qaldırılması üçün lazımi tədbirlər görmək;
  • Cəmiyyətin balansında olan nəqliyyat vasitələrində görülən cari və əsaslı təmir işlərinin qeydiyyatını aparmaq və mütəmadi olaraq rəhbərliyə təmirin gedişhatı ilə bağlı hesabatı hazırlayaraq təqdim etmək;
  • Nəqliyyat vasitələrinin mütəmadi olaraq yağ dəyişmə vaxtlarına diqqət yetirmək, hissə dəyişimi üçün ilkin olaraq dəyişiləcək ehtiyat hissələrinin siyahısını tərtib etmək;
  • Cəmiyyətin baş ofisində sifariş əsasında digər struktur bölmə əməkdaşlarının nəqliyyat vasitələri ilə təmin etmək;
  • Cəmiyyətin baş ofisində olan minik avtomobillərinin yanacağın hesabatını hazırlamaq və yanacaq uçotunu aparılmasını icra etmək;
  • Sürücülər tərəfindən istifadə olunan minik avtomobillərinin istismarı üzrə təlimatlara, dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət olunmasına nəzarət etmək;
  • Davamlı olaraq növbətçi avtomobilin marşrut üzrə hərəkətinə nəzarət etmək;
  • Elektron sənəd dövriyyəsində Nəqliyyat sektoruna aid təhvil-təslim aktlarının, ezam vərəqələrinin və s. sənədlərin yerləşdirilməsini icra etmək;
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73;
  • Ezamiyyə imkanları (zəruri hallarda);
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə); 
  • İş vaxtı: 09:00 – 18:00.

Requirements

  • Ali təhsil (nəqliyyat və logistika ixtisası üzrə universiteti yeni bitirmiş namizədlərə üstünlük veriləcək);
  • İş təcrübəsi tələb olunmur və iş prosesi öyrədiləcək;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır;
  • Microsoft Office proqramlarından, xüsusilə Excel, Power Point proqramlarından yüksək səviyyədə istifadə bacarığı.