Bakı,
Azərbaycan
28.08.24
-
27.09.24
İş haqqında məlumat
- Cəmiyyətin balansında olan nəqliyyat vasitələrinin siyahılaşdırmaq, həmin nəqliyyat vasitələrinin sənədlərinin (texniki pasport, sürücülük vəsiqəsi, icbari sığorta, yol vərəqəsi və yaxud etibarnamə) düzgünlüyünü təqib etmək, əskikliklər barəsində rəhbərliyə məlumat vermək;
- Cəmiyyətin baş ofisində olan minik avtomobillərinin istismara verilmədən öncə sürücülərə təhvil-təslim aktları ilə təhkim etmək və lazımi təlimatları vermək;
- Cəmiyyətin baş ofisində olan minik avtomobillərinin nasazlıqlarını aşkarlamaq üçün yoxlamalar keçirmək və nasazlıqların vaxtında aradan qaldırılması üçün lazımi tədbirlər görmək;
- Cəmiyyətin balansında olan nəqliyyat vasitələrində görülən cari və əsaslı təmir işlərinin qeydiyyatını aparmaq və mütəmadi olaraq rəhbərliyə təmirin gedişhatı ilə bağlı hesabatı hazırlayaraq təqdim etmək;
- Nəqliyyat vasitələrinin mütəmadi olaraq yağ dəyişmə vaxtlarına diqqət yetirmək, hissə dəyişimi üçün ilkin olaraq dəyişiləcək ehtiyat hissələrinin siyahısını tərtib etmək;
- Cəmiyyətin baş ofisində sifariş əsasında digər struktur bölmə əməkdaşlarının nəqliyyat vasitələri ilə təmin etmək;
- Cəmiyyətin baş ofisində olan minik avtomobillərinin yanacağın hesabatını hazırlamaq və yanacaq uçotunu aparılmasını icra etmək;
- Sürücülər tərəfindən istifadə olunan minik avtomobillərinin istismarı üzrə təlimatlara, dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət olunmasına nəzarət etmək;
- Davamlı olaraq növbətçi avtomobilin marşrut üzrə hərəkətinə nəzarət etmək;
- Elektron sənəd dövriyyəsində Nəqliyyat sektoruna aid təhvil-təslim aktlarının, ezam vərəqələrinin və s. sənədlərin yerləşdirilməsini icra etmək;
- İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73;
- Ezamiyyə imkanları (zəruri hallarda);
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş vaxtı: 09:00 – 18:00.
Tələblər
- Ali təhsil (nəqliyyat və logistika ixtisası üzrə universiteti yeni bitirmiş namizədlərə üstünlük veriləcək);
- İş təcrübəsi tələb olunmur və iş prosesi öyrədiləcək;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır;
- Microsoft Office proqramlarından, xüsusilə Excel, Power Point proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
Nəqliyyat və logistika
Mühəndislik