Imishli,
Azerbaijan
14.05.23
-
13.06.23
Working conditions
- Fəaliyyət sahəsi üzrə filialın baş nəqliyyat mexanikinə dəstək verir, məzuniyyət və ezamiyyət zamanı onu əvəz edir;
- Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
- Yedək hissələrinin düzgün, qənaətbəxş istifadə edilməsi üzərində nəzarət edir;
- Təmirin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, avadanlığın modernləşdirilməsinə texniki nəzarəti təşkil edir;
- Köhnəlmiş avadanlıqlar və ehtiyyat hissələrini müəyyən edir və onların təmirini növbələşdirir;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
- İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlayır;
- Təlimat kitabçasına istinad edərək təmir ilə bağlı ehtiyac duyulan məlumatları əldə edir və iş prosesində tətbiq edilməsini təmin edir;
- Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirir;
- Təmir işlərinin ardıcıllığını planlaşdırır;
- Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlayır;
- İstifadə olunan materiallar və tətbiq olunan metodlar daxil olmaqla proseslərin qeydiyyatını aparır;
- Xidmət barədə hesabatı rəhbərliyə təqdim edir;
- Bütün fəaliyyətində yüksək etik standardları, məxfiliyi və şəffaflığı qoruyub, saxlayır;
- Bütün daxili prosedur,təlimat və qaydala riayət edir.
Requirements
- Təcrübə: Müvafiq sahədə 3 il;
- Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
- Sürücülük vəsiqəsi;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Analitik, liderlik, ünsiyyət, məntiqi düşüncə və qərar qəbuletmə bacarıqları.
Engineering
Transportation and logistics
Professional services