Baku,
Azerbaijan
20.11.24
-
20.12.24
Working conditions
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
- Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilmək;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını,məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək;
- Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
- Əmək haqqının ödənilməsi hesabları, vergi ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri tərtib etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək;
- Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət etmək;
- Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək;
- Aylıq Mənfəət və gəlir hesabatının yoxlamaq, Maliyyə direktoruna təqdim etmək;
- Dövriyyə qalıq cədvəlinin hesablar üzrə yoxlamaq, uyğun sənədlərin üzləşdirilmək;
- Yerli və xairici ödənişlərin həyəta keçirilmək;
- Avans ödənişləri və onların YGB ilə bəyan etmək;
- Xarici şirkətlərlə üzləşmələrin aparmaq.
Requirements
- Ali Təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
- Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları və təcrübəyə malik olmaq;
- Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi;
- ACCA, CIMA, CFA üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcək;
- Azərbaycan dili - əla səviyyədə, rus və ingilis dilləri - yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcək;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Komanda ilə işləmə bacarığının olması;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- ERP proqramlarında təcrübəli olanlara üstünlük veriləcəkdir;
- Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərin elektron poçt ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.
Accountant
Construction
This job has expired