Baku,
Azerbaijan
26.12.24
-
26.01.25
Working conditions
Müəssisənin maliyyə əməliyyatlarının uçotu:
- İstehsalatda baş verən maliyyə əməliyyatlarının (xammal alışları, istehsalat xərcləri, əmək haqları və s.) düzgün uçotunu aparmaq;
- Xammal, material və məhsul dövriyyəsini izləmək və müvafiq hesabatları hazırlamaq;
- İstehsalatda baş verən birbaşa və dolayı xərclərin uçotunu aparmaq və hesabatlara daxil etmək.
Maliyyə və istehsalat proseslərinin əlaqələndirilməsi:
- İstehsalat həcminə və proseslərinə uyğun olaraq maliyyə planlarını tərtib etmək;
- İstehsalat bölməsi ilə sıx əməkdaşlıq edərək istehsal olunan məhsulların maya dəyərini hesablamaq;
- Xammal alışları, istehsalat xərcləri və satış nəticələri üzrə məlumatları toplamaq və maliyyə hesabatlarına daxil etmək.
Maya dəyərinin hesablanması və təhlili:
- İstehsalat prosesində hər bir məhsulun maya dəyərinin hesablanmasını təmin etmək;
- Xammal, əməyin dəyəri, enerji və digər istehsalat xərclərini nəzərə alaraq məhsulun faktiki maya dəyərini müəyyənləşdirmək;
- Maya dəyərinin təhlili əsasında istehsal prosesində səmərəsiz xərclərin müəyyənləşdirilməsi və azaldılması üzrə təkliflər vermək.
İş şəraiti:
- İş günləri: həftədə 6 gün;
- İş yeri: Binəqədi rayonu, Binəqədi şossesi 39.
Requirements
- Təhsil və ixtisas: Ali iqtisadi və ya maliyyə təhsili (mühasibat uçotu, maliyyə və audit sahəsində ixtisas);
- 1 C proqramını bilmək;
- Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli;
- Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı;
- Analitik düşüncəyə malik olmalı;
- Azərbaycan və Rus dillərini bilməli.
Accountant
Construction