Bakı,
Azərbaycan
06.09.24
-
06.10.24
İş haqqında məlumat
- Pul vəsaitlərinin mədaxil və məxaricinin proqram təminatına daxil edilməsi, hesablar üzrə qalıqların proqram təminatı ilə uyğunluğunun yoxlanması və ayın bağlanması;
- Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
- Tədarükçülər tərəfindən göndərilən elektron qaimələrin yoxlanılması, təsdiqə göndərilməsi və reysterinin aparılması;
- Alınan malların anbara mədaxil edilməsinin yoxlanılması, görülmüş iş və göstərilmiş xidmətlərin təhvil-təslim aktlarının tələb edilməsi;
- Tədarükçülərlə mütəmadi olaraq üzləşmələrin aparılması;
- Xammal anbarına daxil olan xammalları tərəzi qəbzləri ilə yoxlamaq və proqram təminatına daxil etmək;
- Mal-material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric sənədlərinin müntəzəm olaraq tələb edilməsi və düzgün tərtib olunmasına nəzarət etmək;
- Hesabat ayı bitdikdən sonra 3 gün müddətində mal-material, hazır məhsul və yanacaq anbarı üzrə təsdiq edilmiş hesabatların verilməsini tələb etmək;
- Kreditorlardan alışlar üzrə əməliyyatların proqram təminatına işlənilməsi;
- Mal-materialların idxalı və hazır məhsulların ixracı üzrə əməliyyatların proqram təminatına işlənilməsi (əlavə xərclər daxil olmaqla);
- Kassa ilə bağlı əməliyyatların (mədaxil, məxaric, sənədləşmə) icra edilməsi;
- Ay bağlantısı ilə bağlı əməliyyatların icra edilməsinə dəstək olmaq;
- Maliyyə departamaentinin direktoru və Baş mühasib tərəfindən verilən digər tapşırıqları icra etmək;
- İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
- İş rejimi - 5 günlük.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat uçotu);
- Mühasib kimi 1 ildən çox iş təcrübəsi;
- 22 – 30 yaş aralığında namizədlərə üstünlük veriləcəkdir;
- Microsoft Office (xüsusilə Excel) yaxşı səviyyədə bilməli;
- Vergi məcəlləsi və mühasibat uçotu ilə əlaqədar digər qanunlardan məlumatlı olmaq;
- Dürüst, çalışqan, məsuliyyətli olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Yüksək analitik təhlil, iri həcmli məlumatları işləmək bacarığı olmalı;
- Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət bacarıqları.
Mühasib
Tikinti və təmir
Elanın müddəti bitmişdir