Dashkasan,
Azerbaijan
29.08.24
-
28.09.24
Working conditions
- Çəndə qələviləşdirmə sahəsində və aktiv kömürə gündəlik məhlul və horra axınının planlanan şəkildə olmasına nəzarət etmək;
- Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək;
- Qızıl axınının ölçülməsinə nəzarət etmək;
- CİL sahəsinə ötürülən filiiz həcminə, üyüdülən filizin həcminə, filizin tərkibindəki metal dərəcələrinə nəzarət etmək;
- Detox sahəsində horrada sianidin neytrallaşdırılmasına, tələb olunan miqdarda olmasına nəzarət etmək;
- Gündəlik horra (pulpa) və məhlul nümunəsinin götürülməsi, horrada və məhlulda pH, sianid və qızıl-gümüş və digər analizlər üzrə tərkibinin yoxlanılmasına nəzarət etmək;
- Sianidlə aşınma performansının və kömürün adsorbsiya aktivliyini (adsorbsiya performansı) müəyyən etmək üçün nümunə nəticələrini gündəlik izləmək;
- Bütün nümunələrin gündəlik toplanmasına nəzarət etmək;
- Götürülən nümunələrin və nümunə götürülmə üsulunun müvafiq tələblərə uyğun olmasını təmin etmək;
- Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
- Şüşə diyirləmə, çəndə qələviləşdirmə testinin lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək;
- Regenerasiya olunmuş və turşu ilə yuyulmuş kömürün təzə kömür və doymuş/boş kömürə görə aktivliyinin həftəlik olaraq ölçülməsinə nəzarət etmək;
- Çəndə qələviləşdirmə sahəsində maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;
- Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
- Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək;
- Metal əritmə və qəlibləmə prosesinin təşkilinə nəzarət etmək;
- Aidiyyəti vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək.
Requirements
- Azərbaycan dili mükəmməl, ingilis dili yaxşı və rus dili arzuolunandır;
- Microsoft Office proqramları üzrə biliklər;
- Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, çeviklik;
- Ali təhsil (metallurgiya, kimya mühəndisliyi);
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/vakansiya/metallurq-cil-zavodu-1linkinə keçid edərək müraciət edə bilər.
Service
Professional services