AzerGold CJSC

Metallurq / CİL zavodu

Ə/h razılaşma ilə 0
Tam iş günü
Daşkəsən, Azərbaycan
29.08.24 - 28.09.24

İş haqqında məlumat

  • Çəndə qələviləşdirmə sahəsində və aktiv kömürə gündəlik məhlul və horra axınının planlanan şəkildə olmasına nəzarət etmək;
  • Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək;
  • Qızıl axınının ölçülməsinə nəzarət etmək;
  • CİL sahəsinə ötürülən filiiz həcminə, üyüdülən filizin həcminə, filizin tərkibindəki metal dərəcələrinə nəzarət etmək;
  • Detox sahəsində horrada sianidin neytrallaşdırılmasına, tələb olunan miqdarda olmasına nəzarət etmək;
  • Gündəlik horra (pulpa) və məhlul nümunəsinin götürülməsi, horrada və məhlulda pH, sianid və qızıl-gümüş və digər analizlər üzrə tərkibinin yoxlanılmasına nəzarət etmək;
  • Sianidlə aşınma performansının və kömürün adsorbsiya aktivliyini (adsorbsiya performansı) müəyyən etmək üçün nümunə nəticələrini gündəlik izləmək;
  • Bütün nümunələrin gündəlik toplanmasına nəzarət etmək;
  • Götürülən nümunələrin və nümunə götürülmə üsulunun müvafiq tələblərə uyğun olmasını təmin etmək;
  • Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
  • Şüşə diyirləmə, çəndə qələviləşdirmə testinin lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək;
  • Regenerasiya olunmuş və turşu ilə yuyulmuş kömürün təzə kömür və doymuş/boş kömürə görə aktivliyinin həftəlik olaraq ölçülməsinə nəzarət etmək;
  • Çəndə qələviləşdirmə sahəsində maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;
  • Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
  • Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək;
  • Metal əritmə və qəlibləmə prosesinin təşkilinə nəzarət etmək;
  • Aidiyyəti vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək.

Tələblər

  • Azərbaycan dili mükəmməl, ingilis dili yaxşı və rus dili arzuolunandır;
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, çeviklik;
  • Ali təhsil (metallurgiya, kimya mühəndisliyi);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
  • Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/vakansiya/metallurq-cil-zavodu-1linkinə keçid edərək müraciət edə bilər.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar