Kalem Yazılım

Məhsul sahibi

By agreement
Full-time
Baku, Azerbaijan
15.03.24 - 14.04.24

Working conditions

  • Strateji məqsədlərimizə və müştərilərimizin durmadan dəyişən ehtiyaclarına uyğunluğu təmin etməklə məhsul xüsusiyyətlərinin və istifadəçi tələblərinin müəyyənləşdirilməsinə və prioritetləşdirilməsinə rəhbərlik etmək;
  • Texniki qruplar və maraqlı tərəflər arasında vasitəçi qismində çıxış etmək, mürəkkəb tələbləri icra edilə bilən tapşırıqlara çevirmək və aydın ünsiyyət və anlaşmanı təmin etmək;
  • Məhsul siyahısını tərtib etmək və təkmilləşdirmək üçün TPM ilə sıx əməkdaşlıq etmək, dəyərin təmin edilməsinə xüsusi diqqət yetirmək və innovativ həllər vasitəsilə əsas müştəri problemlərini həll etmək;
  • Məhsul dizaynının və funksionallığınının yüksək standartlara və müştəri gözləntilərinə cavab verməsini təmin etmək üçün texniki rəhbər, İT infrastrukturu və satış komandası ilə əməkdaşlıq etmək;
  • Məhsul təklifini durmadan təkmilləşdirmək məqsədilə bu məlumatdan istifadə etməklə, rəy və fikirləri toplamaq üçün müştərilərlə birbaşa əlaqə saxlamaq;
  • Rəy və davamlı təkmilləşdirməni təşviq edən çevik və əməkdaşlıq mühitini inkişaf etdirməklə sprint planlaşdırma sessiyalarına, icmallara və retrospektivlərə rəhbərlik etmək;
  • Məhsulun buraxılış planlarının tərtibatına rəhbərlik etmək və yeni funksiyaların təqdim edilməsi üçün gözləntiləri müəyyən etmək;
  • Bütün maraqlı tərəflərin ən son məlumatlara çıxışını təmin etməklə və daxili komandalar və müştərilər üçün effektiv təlim sessiyaları keçirməklə məhsula dair ətraflı  sənədləri işləyib hazırlamaq və saxlamaq;
  • Həm funksional, həm də qeyri-funksional tələblərə diqqət yetirərək, sınaq və qəbul üçün aydın, ölçülə bilən uğur meyarları yaratmaqla məhsulun uğurunu təmin etmək;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək münasibətləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Baki şəhəri, Nərimanov metrosu yaxınlığında.

Requirements

  • Təhsil: Mühəndis-texniki, informatika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dili (vacib) - Azərbaycan dilini mükəmməl bilmək bu vəzifə üçün mütləqdir, namizəd həm yazılı, həm də şifahi şəkildə effektiv ünsiyyət qura bilməlidir, çünki Azərbaycan dili sənədləşmə, komanda ilə ünsiyyət və müştərilərlə qarşılıqlı əlaqə üçün istifadə olunan əsas dildir; İngilis dili (Arzuolunandır, lakin məcburi deyil) - İngilis və rus dillərini bilmək arzuolunandır, ciddi şəkildə tələb olunmasa da, ingilis və rus dillərində ünsiyyət qurmaq bacarığına üstünlük verilir;
  • Məhsula sahiblik sahəsində sübuta yetirilmiş təcrübə və ya texnoloji  mühitdə, xüsusən də, bank və ya maliyyə xidmətləri sektorunda oxşar vəzifə;
  • Çevik metodologiyalar, istifadəçi tələblərinin yaradılması, məhsul siyahılarının tərtib edilməsi və proqram təminatının işlənib hazırlanmasının həyat dövrü ilə nümayiş etdirilə bilən təcrübə; 
  • İdeal namizəd məhsulun idarə edilməsinin konsepsiyası, dizaynı, işlənib hazırlanması, buraxılması və artımı mərhələlərini uğurla keçdiyini  sübut edən təcrübəyə malik olmalıdır;
  • Müxtəlif sahələr üzrə mütəxəssislərin bir araya gəldikləri komandalara təsir etmək  üçün sübuta yetirilmiş bacarıqla, mükəmməl ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar;
  • JIRA, Asana, Trello, Notion və ya oxşar platformalar kimi tapşırıqların idarə edilməsi və birgə iş  alətləri üzrə təcrübə. Bu təcrübə tapşırıqların səmərəli təşkili, gedişatın izlənməsi və komanda daxilində və komandalar arasında aydın ünsiyyətin təmin edilməsi üçün olduqca vacibdir;
  • Mükəmməl təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
  • Yüksək analitik və problemi həlletmə  və detallara diqqət yetirmə bacarığı.


This job has expired

Related vacancies