Baku,
Azerbaijan
10.09.24
-
10.10.24
Working conditions
- Vəzifənin əsas aspektlərinə tələb olunduqda SAP üzrə materialların idarə edilməsi əməliyyatlarının (materlalların qəbulu, təqdim edilməsi, ötürülməsi və balansdan silinməsi) gündəlik icrası daxildir.
- Bütün materialların anbara daxil edilməsi və çıxarılması üzrə əməliyyatların qanunvericilik və korporativ tələblərə uyğunluğunu, o cümlədən malların çatdırılması üçün nəqliyyat xərcləri, xalis məbləğin ümumi məbləğə çevrilməsi, bütün ehtiyat nüsxələrinin mövcudluğunu təmin edir.
- Fərqləri həll etmək, müntəzəm olaraq plandankənar yoxlamalar və təhlillər aparmaqla materialların düzgün sayılmasını təmin edir.
- Şirkət daxilində və xaricində dövri və xüsusi hesabatların təqdim edilməsinə, məs., inventarın vəziyyəti ilə bağlı aylıq hesabatların, istifadəsiz qalmış və köhnəlmiş (SLOB) materiallara dair rüblük hesabatları, maddi-texniki tələblərə dair illik hesabatların SOCAR-ın baş ofisinə təqdim edilməsinə köməklik göstərir.
- Bütün layihələr üçün əsas məlumatların toplanması və yoxlanılması ilə əlaqədar LST/LSTi (EPC(M)) materialları üzrə personal ilə daim əlaqə saxlamaq.
- Şirkət daxilində materialların idarə edilməsi ilə əlaqədar şöbələrin sorğularını yoxlayır.
- Materialların istehlakı və işlənməsinin hər mərhələsi ilə bağlı gecikmələrin qarşısını almaq məqsədilə satınalma, anbar, ekspedisiya, müqavilələr, maliyyə və/və ya layihənin idarə edilməsi üzrə personalın sorğularına cavab verir.
- Hər mədaxil əməliyyatı üçün müvafiq sənəd toplusunun mövcudluğunu təmin edir
- Ad Hoc və mütamadı hesabatları tərtib edir.
- Veri bazaları (SDM Server, SAP, EBA, etc) vaxtında və tam düzgün məlumatlarla yeniləyir.
- Tələb olunduqda digər vəzifələrini yerinə yetirir.
Requirements
- SAP ERP (Materialların idarə edilməsi (MM) və avadanlıqlara texniki xidmət və təmir (PM) modulları) proqram təminatında işləmək bacarığı
- Azərbaycan və ingilis dillərində səlis danışmaq qabiliyyəti
- İT üzrə bilik, Excel proqramında işləmək bacarığı və elektron məlumatları idarə etmək qabiliyyəti
- Texniki biliklər və bacarıqlar
- Yaxşı ünsiyyət bacarığı və komanda daxilində işləmək qabiliyyəti
- Planlaşdırmaq bacarığı
- İşlərin icrasına məntiqi və sistematik yanaşma
- Sürücülük vəsiqəsinin olmasına üstünlük verilir
- Neft və qaz sektoruna üstünlük verilməklə, minimum 5 il iş təcrübəsi.
Administrative, Business, Management
Oil and gas
This job has expired