SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Materiallar üzrə mütəxəssis

По соглашению 68
Полн. занятость
Баку, Азербайджан
10.09.24 - 10.10.24

O работе

  • Vəzifənin əsas aspektlərinə tələb olunduqda SAP üzrə materialların idarə edilməsi əməliyyatlarının (materlalların qəbulu, təqdim edilməsi, ötürülməsi və balansdan silinməsi) gündəlik icrası daxildir.
  • Bütün materialların anbara daxil edilməsi və çıxarılması üzrə əməliyyatların qanunvericilik və korporativ tələblərə uyğunluğunu, o cümlədən malların çatdırılması üçün nəqliyyat xərcləri, xalis məbləğin ümumi məbləğə çevrilməsi, bütün ehtiyat nüsxələrinin mövcudluğunu təmin edir.
  • Fərqləri həll etmək, müntəzəm olaraq plandankənar yoxlamalar və təhlillər aparmaqla materialların düzgün sayılmasını təmin edir.
  • Şirkət daxilində və xaricində dövri və xüsusi hesabatların təqdim edilməsinə, məs., inventarın vəziyyəti ilə bağlı aylıq hesabatların, istifadəsiz qalmış və köhnəlmiş (SLOB) materiallara dair rüblük hesabatları, maddi-texniki tələblərə dair illik hesabatların SOCAR-ın baş ofisinə təqdim edilməsinə köməklik göstərir.
  • Bütün layihələr üçün əsas məlumatların toplanması və yoxlanılması ilə əlaqədar LST/LSTi (EPC(M)) materialları üzrə personal ilə daim əlaqə saxlamaq.
  • Şirkət daxilində materialların idarə edilməsi ilə əlaqədar şöbələrin sorğularını yoxlayır.
  • Materialların istehlakı və işlənməsinin hər mərhələsi ilə bağlı gecikmələrin qarşısını almaq məqsədilə satınalma, anbar, ekspedisiya, müqavilələr, maliyyə və/və ya layihənin idarə edilməsi üzrə personalın sorğularına cavab verir.
  • Hər mədaxil əməliyyatı üçün müvafiq sənəd toplusunun mövcudluğunu təmin edir
  • Ad Hoc və mütamadı hesabatları tərtib edir.
  • Veri bazaları (SDM Server, SAP, EBA, etc) vaxtında və tam düzgün məlumatlarla yeniləyir.
  • Tələb olunduqda digər vəzifələrini yerinə yetirir.

Требования

  • SAP ERP (Materialların idarə edilməsi (MM) və avadanlıqlara texniki xidmət və təmir (PM) modulları) proqram təminatında işləmək bacarığı
  • Azərbaycan və ingilis dillərində səlis danışmaq qabiliyyəti
  • İT üzrə bilik, Excel proqramında işləmək bacarığı və elektron məlumatları idarə etmək qabiliyyəti
  • Texniki biliklər və bacarıqlar
  • Yaxşı ünsiyyət bacarığı və komanda daxilində işləmək qabiliyyəti
  • Planlaşdırmaq bacarığı
  • İşlərin icrasına məntiqi və sistematik yanaşma
  • Sürücülük vəsiqəsinin olmasına üstünlük verilir
  • Neft və qaz sektoruna üstünlük verilməklə, minimum 5 il iş təcrübəsi.


Похожие вакансии