Baku,
Azerbaijan
11.09.24
-
11.10.24
Working conditions
- Vəzifənin əsas aspektlərinə müəssisənin məlumat modelinin bütövlüyünü davamlı şəkildə təmin etmək üçün məlumat profilinin yaradılması, məlumatların mənşəyi və metaməlumatların idarə edilməsi daxildir;
- Hər daxil edilmiş element üçün SOCAR Baş ofisindən material kodlarını əldə etmək;
- Məlumatların uyğunsuzluqlarını həll etmək və onlayn formatda çatışmayan məlumatları əldə etmək üçün orijinal sənəd ilə bağlı cavabdeh şəxslərlə işləmək;
- Davamlı əməliyyatlar və layihə mərhələsinin tələbatları üçün yaratma, çeşidləmə, yoxlama, yeniləmə, hesabat vermə və saxlama daxil olmaqla, məlumatların daxil edilməsi ilə əlaqədar müəyyən edilmiş bütün tapşırıqları yerinə yetirmək;
- Əsas vəsaitlərin kapitallaşdırılmasını sürətləndirmək üçün layihələrlə əlaqədar məlumatları təhlil etmək, təmizləmək və təşkil etmək;
- Rəhbərlik tərəfindən təsdiqlənmiş optimallaşdırma planına uyğun olaraq davamlı şəkildə ümumi daxil edilmə / çıxarılma protokolunu yerinə yetirmək;
- Məlumatların daxil edilməsi, istifadəsi və çıxarılması ilə əlaqədar məsələlərin və problemlərin toplamaq və kateqoriyaya ayırmaqla təchizat zənciri istifadəçisi qrupunu davamlı olaraq dəstəkləmək;
- Tələb olunduqda materiallara dair müvafiq məlumatların sənədlərin yeni elektron idarəetmə sisteminə (EDMS) köçürülməsini yerinə yetirmək və məlumatları tələb olunan formatda hazırlamaq;
- Müəyyən edilmiş serverdə dəqiqliklə saxlanılmalı və təmin edilməli məlumat fayllarını tərtib etmək, çeşidləmək, yoxlamaq və düzəltmək;
- Yerinə yetirilməmiş sorğuların qarşısını almaq üçün məlumatları müvafiq məlumat bazalarında dəqiq və vaxtında yeniləmək;
- Məlumatların daxil edilməsi işləri üzrə statistik və məlumatlara dair hesabatları hazırlamaq.
Requirements
- Məlumatların idarə edilməsi, metaməlumatların təşkil edilməsi və arxitekturası üzrə bacarıqlar;
- SAP ERP (Materialların idarə edilməsi (MM) modulu) proqram təminatında güclü iş təcrübəsi;
- Datanın idarəetməsi və təhlili;
- Azərbaycan və ingilis dillərində səlis danışmaq qabiliyyəti;
- İT üzrə bilik, Excel proqramında işləmək bacarığı və elektron məlumatları idarə etmək qabiliyyəti;
- Neft və qaz sektoruna üstünlük verilməklə, minimum 5 il iş təcrübəsi;
- Yaxşı ünsiyyət və komanda daxilində işləmək bacarığı
- Planlaşdırmaq bacarığı;
- Çoxsaylı tapşırıqları yerinə yetirmək və iş vaxtının idarə olunması bacarıqları, tapşırıqları prioritetləşdirmək qabiliyyəti;
- İşlərin icrasına məntiqi və sistematik yanaşma.
Information technology
Oil and gas