SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Masterdata üzrə mütəxəssis

Ə/h razılaşma ilə 98
Tam iş günü
Bakı, Azərbaycan
11.09.24 - 11.10.24

İş haqqında məlumat

  • Vəzifənin əsas aspektlərinə müəssisənin məlumat modelinin bütövlüyünü davamlı şəkildə təmin etmək üçün məlumat profilinin yaradılması, məlumatların mənşəyi və metaməlumatların idarə edilməsi daxildir;
  • Hər daxil edilmiş element üçün SOCAR Baş ofisindən material kodlarını əldə etmək;
  • Məlumatların uyğunsuzluqlarını həll etmək və onlayn formatda çatışmayan məlumatları əldə etmək üçün orijinal sənəd ilə bağlı cavabdeh şəxslərlə işləmək;
  • Davamlı əməliyyatlar və layihə mərhələsinin tələbatları üçün yaratma, çeşidləmə, yoxlama, yeniləmə, hesabat vermə və saxlama daxil olmaqla, məlumatların daxil edilməsi ilə əlaqədar müəyyən edilmiş bütün tapşırıqları yerinə yetirmək;
  • Əsas vəsaitlərin kapitallaşdırılmasını sürətləndirmək üçün layihələrlə əlaqədar məlumatları təhlil etmək, təmizləmək və təşkil etmək;
  • Rəhbərlik tərəfindən təsdiqlənmiş optimallaşdırma planına uyğun olaraq davamlı şəkildə ümumi daxil edilmə / çıxarılma protokolunu yerinə yetirmək;
  • Məlumatların daxil edilməsi, istifadəsi və çıxarılması ilə əlaqədar məsələlərin və problemlərin toplamaq və kateqoriyaya ayırmaqla təchizat zənciri istifadəçisi qrupunu davamlı olaraq dəstəkləmək;
  • Tələb olunduqda materiallara dair müvafiq məlumatların sənədlərin yeni elektron idarəetmə sisteminə (EDMS) köçürülməsini yerinə yetirmək və məlumatları tələb olunan formatda hazırlamaq;
  • Müəyyən edilmiş serverdə dəqiqliklə saxlanılmalı və təmin edilməli məlumat fayllarını tərtib etmək, çeşidləmək, yoxlamaq və düzəltmək;
  • Yerinə yetirilməmiş sorğuların qarşısını almaq üçün məlumatları müvafiq məlumat bazalarında dəqiq və vaxtında yeniləmək;
  • Məlumatların daxil edilməsi işləri üzrə statistik və məlumatlara dair hesabatları hazırlamaq.

Tələblər

  • Məlumatların idarə edilməsi, metaməlumatların təşkil edilməsi və arxitekturası üzrə bacarıqlar;
  • SAP ERP (Materialların idarə edilməsi (MM) modulu) proqram təminatında güclü iş təcrübəsi;
  • Datanın idarəetməsi və təhlili;
  • Azərbaycan və ingilis dillərində səlis danışmaq qabiliyyəti;
  • İT üzrə bilik, Excel proqramında işləmək bacarığı və elektron məlumatları idarə etmək qabiliyyəti;
  • Neft və qaz sektoruna üstünlük verilməklə, minimum 5 il iş təcrübəsi;
  • Yaxşı ünsiyyət və komanda daxilində işləmək bacarığı
  • Planlaşdırmaq bacarığı;
  • Çoxsaylı tapşırıqları yerinə yetirmək və iş vaxtının idarə olunması bacarıqları, tapşırıqları prioritetləşdirmək qabiliyyəti;
  • İşlərin icrasına məntiqi və sistematik yanaşma.


Elanın müddəti bitmişdir