Azerconnect LLC

Layihə idarəetmə ofisi və icraçı koordinatoru

By agreement 167
Full-time
Baku, Azerbaijan
13.02.24 - 14.03.24

Working conditions

  • Daxili Komitələrin nizamnamələrinin və təlimatlarının hazırlanmasına, nəzərdən keçirilməsinə yardım etmək;
  • İcraçı Rəhbərliyin üzvləri və Komitələr üçün icraçı katiblik yardımını, dəstəyini təmin etmək; 
  • Şirkətin Daxili Komitələrin İdarə Edilməsi Təlimatına əsasən uyğunlaşdırma və prosesin həyata keçirilməsi;
  • Komitə materiallarının, təqdimatların hazırlanması, gündəliklərin tərtib edilməsi, Komitə iclaslarının təşkili və iclaslarda iştirak; 
  • Protokolları və xülasələri hazırlamaq, sənədləşdirmək və saxlamaq;
  • Məxfi və həssas xarakterli sənədlər də daxil olmaqla, müvafiq sənədlərin və qeydlərin saxlanılmasını və arxivləşdirilməsini təmin etmək;
  • Xarici komitələrin dövri iclaslarının əlaqələndirilməsində və idarə olunmasında Korporativ Mərkəzə, Korporativ İdarəetmə Funksiyasına yardım göstərmək;
  • İclas materiallarını, təqdimat paketini hazırlamaq, gündəlikləri tərtib etmək;
  • Aidiyyatı daxili dairələrin  əlaqələndirilməsini və Xarici Komitə iclaslarına dəvət olunmasını təmin etmək;
  • Protokolların hazırlanmasında köməklik göstərmək; 
  • Komitənin giriş məlumatlarının və protokolların son versiyalarını rəhbərliklə razılaşdırmaq;
  • Yekun məlumatları daxili İdarəetmə və Korporativ Mərkəzlə paylaşmaq;
  • Rəhbərliklə həftəlik toplantıları və digər əlaqədar müntəzəm toplantıları, təqdimat paketinin hazırlanmasını, yayılmasını və lazım olduqda Protokolun hazırlıqlarını təşkil etmək və idarə etmək; 
  • Rüblük və illik biznes baxış toplantılarının təşkilində şirkətin Korporativ ünsiyyət funksiyasına inzibati yardım göstərmək;
  • Gündəliyi və təqdimat paketini hazırlamaq, rüblük və illik biznes baxış toplantıları üçün aidiyyatı daxili tərəflərin hazırlanmasını təmin etmək.

Requirements

  • Təhsil: İqtisadiyyat və ya müvafiq sahələr üzrə ali təhsil (Biznes İdarəedilməsi (MBA üstünlükdür));
  • Təcrübə: İcraçı katiblik və ya oxşar inzibati vəzifələrdə 1 il;
  • Dil bilikləri: Azərbaycan və ingilis dilləri üzrə səlis bilik, Rus dili üzrə yaxşı bilik üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office proqramlarının üstün səviyyədə istifadəçisi olmaq (xüsusilə MS Project, MS Excel, MS Visio və MS Power Point);
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Powerpoint və digər vizuallaşdırma/təqdimat alətləri üzrə yüksək səviyyədə biliklər;
  • Detallara diqqət yetirmək, təşkilatçılıq və planlaşdırma bacarıqları;
  • Yüksək analitik bacarıqlar; 
  • Vaxtın idarə edilməsi bacarıqları; 
  • Liderlik və yardım bacarıqları;
  • İnzibati sahədə bilik və bacarıqlar.


This job has expired