Bakı,
Azərbaycan
13.02.24
-
14.03.24
İş haqqında məlumat
- Daxili Komitələrin nizamnamələrinin və təlimatlarının hazırlanmasına, nəzərdən keçirilməsinə yardım etmək;
- İcraçı Rəhbərliyin üzvləri və Komitələr üçün icraçı katiblik yardımını, dəstəyini təmin etmək;
- Şirkətin Daxili Komitələrin İdarə Edilməsi Təlimatına əsasən uyğunlaşdırma və prosesin həyata keçirilməsi;
- Komitə materiallarının, təqdimatların hazırlanması, gündəliklərin tərtib edilməsi, Komitə iclaslarının təşkili və iclaslarda iştirak;
- Protokolları və xülasələri hazırlamaq, sənədləşdirmək və saxlamaq;
- Məxfi və həssas xarakterli sənədlər də daxil olmaqla, müvafiq sənədlərin və qeydlərin saxlanılmasını və arxivləşdirilməsini təmin etmək;
- Xarici komitələrin dövri iclaslarının əlaqələndirilməsində və idarə olunmasında Korporativ Mərkəzə, Korporativ İdarəetmə Funksiyasına yardım göstərmək;
- İclas materiallarını, təqdimat paketini hazırlamaq, gündəlikləri tərtib etmək;
- Aidiyyatı daxili dairələrin əlaqələndirilməsini və Xarici Komitə iclaslarına dəvət olunmasını təmin etmək;
- Protokolların hazırlanmasında köməklik göstərmək;
- Komitənin giriş məlumatlarının və protokolların son versiyalarını rəhbərliklə razılaşdırmaq;
- Yekun məlumatları daxili İdarəetmə və Korporativ Mərkəzlə paylaşmaq;
- Rəhbərliklə həftəlik toplantıları və digər əlaqədar müntəzəm toplantıları, təqdimat paketinin hazırlanmasını, yayılmasını və lazım olduqda Protokolun hazırlıqlarını təşkil etmək və idarə etmək;
- Rüblük və illik biznes baxış toplantılarının təşkilində şirkətin Korporativ ünsiyyət funksiyasına inzibati yardım göstərmək;
- Gündəliyi və təqdimat paketini hazırlamaq, rüblük və illik biznes baxış toplantıları üçün aidiyyatı daxili tərəflərin hazırlanmasını təmin etmək.
Tələblər
- Təhsil: İqtisadiyyat və ya müvafiq sahələr üzrə ali təhsil (Biznes İdarəedilməsi (MBA üstünlükdür));
- Təcrübə: İcraçı katiblik və ya oxşar inzibati vəzifələrdə 1 il;
- Dil bilikləri: Azərbaycan və ingilis dilləri üzrə səlis bilik, Rus dili üzrə yaxşı bilik üstünlükdür;
- Kompüter bacarıqları: MS Office proqramlarının üstün səviyyədə istifadəçisi olmaq (xüsusilə MS Project, MS Excel, MS Visio və MS Power Point);
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Powerpoint və digər vizuallaşdırma/təqdimat alətləri üzrə yüksək səviyyədə biliklər;
- Detallara diqqət yetirmək, təşkilatçılıq və planlaşdırma bacarıqları;
- Yüksək analitik bacarıqlar;
- Vaxtın idarə edilməsi bacarıqları;
- Liderlik və yardım bacarıqları;
- İnzibati sahədə bilik və bacarıqlar.
İnzibati, Biznes, İdarəetmə
İKT
Elanın müddəti bitmişdir