SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Korroziya mühəndisi

By agreement 100
Full-time
Baku, Azerbaijan
10.09.24 - 10.10.24

Working conditions

  • Texnoloji proseslər üçün korroziyaya nəzarət sənədini (Corrosion Control Document) hazırlamaq
  • Korroziya döngələrini və dağılma mexanizmlərini müəyyən etmək
  • Risk Əsaslı Təftiş (RBI) tədqiqatlarında iştirak etmək
  • Aktivlərin İdarə Olunması proqramında (Asset Performance Management) Texniki nəzarət şöbəsinin məlumatlarını izləmək, avadanlıq/xətt yeniləmələrinə nəzarət etmək.
  • Qurğu, avadanlıq və boru xətlərində baş vermiş sızmaları araşdırmaq. Kök səbəb təhlili (RCA) hesabatın hazırlamasında fəal iştirak etmək
  • Aylıq korroziya hesabatını hazırlamaq və üst rəhbərinə təqdim etmək
  • Avadanlıq və xətlərin Korroziyaya Nəzarət Zonalarının KNZ (CML) müəyyən edilməsinə, nəzərdən keçirilməsinə və inkişafına dəstək vermək
  • Planlı Dayanma Şöbəsi ilə əlaqəli işləmək və dayanma zamanı həyata keçiriləcək texniki nəzarət tədbirlərinin müəyyən edilməsinə dəstək vermək
  • Lazım gəldikdə Etibarlılıq şöbəsinin təşkil etdiyi ACA, RCM, HAZOP, SIL, 5WHY, RCA, və s. işçi gruplarda fəal iştirak etmək
  • SDM-in NEZ və Neft-Kimya Sənayesinə tabe olan bütün müəssisələrin korroziya monitorinqi (Korroziya kuponlarından/problardan istifadə edərək) və korroziyanın qarşısısnın alınması( Katodik Mühafizə, boyama, kimyəvi inhibitor, korroziyaya davamlı material seçimi-CRA) ilə bağlı bütün fəaliyyətlərində iştirak etmək
  • Mövcud qanunvericilik aktlarına,sənayenin qabaqcıl təcrübələrinə,qaydalarına,rəhbər sənədlərinə,kodekslərə və beynəlxalq standartlara uyğun olaraq,düzgün fəaliyyətin həyata keçirilməsində Texniki nəzarət şöbəsinə dəstək olmaq. Müvafiq qeydlərin düzgün aparılmasını təmin etmək və yoxlamalarda təqdim etmək. Bu işlər üzrə inkişaf sahələri ilə bağlı təkliflər vermək
  • Texniki nəzarət işlərindən sonra yaranmış, təklif və nəticələri özündə əks etdirən hesabatların təhlilinə və zəruri təkmilləşdirmə tədbirlərinin müəyyənləşdirilməsinə dəstək vermək.

Requirements

  • Korroziya mühəndisliyi, Kimya, Metallurgiya – materialşünaslıq, Kimya mühəndisliyi kimi bir sahədə bakalavr və ya magistr dərəcəsinə malik olmalıdır.
  • Korroziya üzrə mühəndis vəzifəsinə ən azı 1 il müvafiq iş təcrübəsi olan şəxs təyin edilir.
  • NACE, ASME, API və ASTM beynəlxalq standartları və kodları, xüsusən API-571, API-580, APİ-581, API-570 və API-510 kimi standartlarında məlumatlı olmalı və işləmək bacarmalıdır. NACE və ya APİ 571 sertifikatlarına malik olma üstünlükdür.
  • Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/korroziya-muhendisi  linkinə keçid edərək müraciət edə bilər.