Baku,
Azerbaijan
07.03.23
-
06.04.23
Working conditions
- Test Tapşırıqlarının Elektron Bazasında (TTEB) mövcud olmayan test
- tapşırıqları və digər yoxlama-ölçmə materiallarının sifarişini hazırlayaraq şöbə rəhbərliyinə təqdim edilməsi;
- Qəbul edilmiş yeni test tapşırıqları və digər yoxlama-ölçmə materiallarının aidiyyətı üzrə sahə ekspertləri ilə razılaşdırılması;
- Test tapşırıqları və digər yoxlama-ölçmə materiallarının müvafiq qaydada SOCAR-ın rəsmi internet səhifəsinə və istifadə olunan mövcud proqram təminatına yüklənilməsinin təmin edilməsi;
- TTEB-da mövcud olan yoxlama-ölçmə materialları ilə bağlı analitik və operativ hesabatların hazırlanması;
- Təşkil ediləcək imtahanlarda iştirak edəcək namizədlərin siyahsının müəyyən edilməsi;
- Təşkil ediləcək imtahanların planlaşdırılması və imtahanlarla yoxlama-ölçmə materiallarının uyğunluğunun təyin edilməsi;
- Təşkil ediləcək imtahanların aid olduğu ixtisas üzrə sualların
- tərkibinin müəyyənləşdirilməsi;
- Yoxlama-ölçmə vasitələrinin, imtahan qruplarının yaradılması, imtahanlara dəvətlərin göndərilməsi, bölmələrin imtahanlara bağlanılması, imtahan siyahılarının yoxlanılması və çap edilməsi;
- Zəruri hallarda imtahanların təşkili ilə bağlı olan avadanlıqlar və proqram təminatların test edilməsi;
- Namizədlərin sənədlərinin siyahılarla yoxlanması, imtahan otaqlarında namizədlərin yerləşdirilməsi və təlimatın keçirilməsi;
- İmtahanlarının keçirilməsinə nəzarət və imtahan zamanı qarşıya çıxan sualların cavablandırılması;
- İmtahanlarla bağlı zəruri sənədlərin tərtib edilməsi;
- Təşkil edilmiş imtahanlar barədə statistik məlumatların hazırlanması və şöbə rəhbərliyinə təqdim edilməsi;
- Namizədlərin imtahanlarla bağlı bildirdiyi rəy və təkliflərin araşdırılması və müvafiq tədbirlərin icra olunması;
- Təşkil edilmiş imtahan nəticələrinin təhlil edilməsi, SOCAR-ın mövcud standartlarına uyğun olaraq imtahan nəticələrinin emal olunması;
- Zəruri hallarda, imtahanlar və namizədlər barədə statistik məlumatların və hesabatların hazırlanması və təqdim olunması;
- Vətəndaş müraciətlərinin qəbul edilməsi və araşdırılması;
- Daxil olan vətəndaş müraciətlərinin aidiyəti üzrə mövcud qanunvericiliyə əsasən və SOCAR-ın normativ hüquqi aktlarına uyğun olaraq icrasının təmin edilməsi;
- Zəruri hallarda vətəndaş müraciətləri ilə bağlı hesabatların hazırlanması və şöbə rəhbərliyinə təqdim edilməsi;
- Qapalı tipli test tapşırıqları və digər yoxlama-ölçmə materiallarının (case-study, açıq tipli test tapşırıqları) tətbiqi;
- Kargüzarlıq, sənədlərlə və vətəndaşların müraciətləri ilə əlaqədar işlər;
- Distant test imtahanlarının təşkili.
Requirements
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə 3 il;
- Nizam-intizam;
- Dürüstlük;
- Etik davranış;
- Peşəkarlıq;
- Əmək qanunvericiliyi.
Human resources
Professional services