SOCAR

Kadrlar üzrə mütəxəssis

2026 ₼
Полн. занятость
Баку, Азербайджан
07.03.23 - 06.04.23

O работе

  • Test Tapşırıqlarının Elektron Bazasında (TTEB) mövcud olmayan test
  • tapşırıqları və digər yoxlama-ölçmə materiallarının sifarişini hazırlayaraq şöbə rəhbərliyinə təqdim edilməsi;
  • Qəbul edilmiş yeni test tapşırıqları və digər yoxlama-ölçmə materiallarının aidiyyətı üzrə sahə ekspertləri ilə razılaşdırılması;
  • Test tapşırıqları və digər yoxlama-ölçmə materiallarının müvafiq qaydada SOCAR-ın rəsmi internet səhifəsinə və istifadə olunan mövcud proqram təminatına yüklənilməsinin təmin edilməsi;
  • TTEB-da mövcud olan yoxlama-ölçmə materialları ilə bağlı analitik və operativ hesabatların hazırlanması;
  • Təşkil ediləcək imtahanlarda iştirak edəcək namizədlərin siyahsının müəyyən edilməsi;
  • Təşkil ediləcək imtahanların planlaşdırılması və imtahanlarla yoxlama-ölçmə materiallarının uyğunluğunun təyin edilməsi;
  • Təşkil ediləcək imtahanların aid olduğu ixtisas üzrə sualların
  • tərkibinin müəyyənləşdirilməsi;
  • Yoxlama-ölçmə vasitələrinin, imtahan qruplarının yaradılması, imtahanlara dəvətlərin göndərilməsi, bölmələrin imtahanlara bağlanılması, imtahan siyahılarının yoxlanılması və çap edilməsi;
  • Zəruri hallarda imtahanların təşkili ilə bağlı olan avadanlıqlar və proqram təminatların test edilməsi;
  • Namizədlərin sənədlərinin siyahılarla yoxlanması, imtahan otaqlarında namizədlərin yerləşdirilməsi və təlimatın keçirilməsi;
  • İmtahanlarının keçirilməsinə nəzarət və imtahan zamanı qarşıya çıxan sualların cavablandırılması;
  • İmtahanlarla bağlı zəruri sənədlərin tərtib edilməsi;
  • Təşkil edilmiş imtahanlar barədə statistik məlumatların hazırlanması və şöbə rəhbərliyinə təqdim edilməsi;
  • Namizədlərin imtahanlarla bağlı bildirdiyi rəy və təkliflərin araşdırılması və müvafiq tədbirlərin icra olunması;
  • Təşkil edilmiş imtahan nəticələrinin təhlil edilməsi, SOCAR-ın mövcud standartlarına uyğun olaraq imtahan nəticələrinin emal olunması;
  • Zəruri hallarda, imtahanlar və namizədlər barədə statistik məlumatların və hesabatların hazırlanması və təqdim olunması;
  • Vətəndaş müraciətlərinin qəbul edilməsi və araşdırılması;
  • Daxil olan vətəndaş müraciətlərinin aidiyəti üzrə mövcud qanunvericiliyə əsasən və SOCAR-ın normativ hüquqi aktlarına uyğun olaraq icrasının təmin edilməsi;
  • Zəruri hallarda vətəndaş müraciətləri ilə bağlı hesabatların hazırlanması və şöbə rəhbərliyinə təqdim edilməsi;
  • Qapalı tipli test tapşırıqları və digər yoxlama-ölçmə materiallarının (case-study, açıq tipli test tapşırıqları) tətbiqi;
  • Kargüzarlıq, sənədlərlə və vətəndaşların müraciətləri ilə əlaqədar işlər;
  • Distant test imtahanlarının təşkili.

Требования

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə 3 il;
  • Nizam-intizam;
  • Dürüstlük;
  • Etik davranış;
  • Peşəkarlıq;
  • Əmək qanunvericiliyi.


Срок действия задания истек

Похожие вакансии