Stone House

İstehsalat üzrə mühasib

1000 ₼ 825
Tam iş günü
Bakı, Azərbaycan
26.12.24 - 26.01.25

İş haqqında məlumat

Müəssisənin maliyyə əməliyyatlarının uçotu:

  • İstehsalatda baş verən maliyyə əməliyyatlarının (xammal alışları, istehsalat xərcləri, əmək haqları və s.) düzgün uçotunu aparmaq;
  • Xammal, material və məhsul dövriyyəsini izləmək və müvafiq hesabatları hazırlamaq;
  • İstehsalatda baş verən birbaşa və dolayı xərclərin uçotunu aparmaq və hesabatlara daxil etmək.

Maliyyə və istehsalat proseslərinin əlaqələndirilməsi:

  • İstehsalat həcminə və proseslərinə uyğun olaraq maliyyə planlarını tərtib etmək;
  • İstehsalat bölməsi ilə sıx əməkdaşlıq edərək istehsal olunan məhsulların maya dəyərini hesablamaq;
  • Xammal alışları, istehsalat xərcləri və satış nəticələri üzrə məlumatları toplamaq və maliyyə hesabatlarına daxil etmək.

Maya dəyərinin hesablanması və təhlili:

  • İstehsalat prosesində hər bir məhsulun maya dəyərinin hesablanmasını təmin etmək;
  • Xammal, əməyin dəyəri, enerji və digər istehsalat xərclərini nəzərə alaraq məhsulun faktiki maya dəyərini müəyyənləşdirmək;
  • Maya dəyərinin təhlili əsasında istehsal prosesində səmərəsiz xərclərin müəyyənləşdirilməsi və azaldılması üzrə təkliflər vermək.

İş şəraiti:

  • İş günləri: həftədə 6 gün;
  • İş yeri: Binəqədi rayonu, Binəqədi şossesi 39.


 

Tələblər

  • Təhsil və ixtisas: Ali iqtisadi və ya maliyyə təhsili (mühasibat uçotu, maliyyə və audit sahəsində ixtisas);
  • 1 C proqramını bilmək;
  • Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli;
  • Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı;
  • Analitik düşüncəyə malik olmalı;
  • Azərbaycan və Rus dillərini bilməli.

Oxşar vakansiyalar