Baku,
Azerbaijan
06.03.23
-
05.04.23
Working conditions
- İşçi tələb blankının vəzifənin tələbləri və xüsusiyyətləri ilə uyğunluğunu yoxlamaq;
- Vakansiya üzrə elan mətnlərini hazırlamaq, yoxlamaq, uyğun iş elanı saytlarına yerləşdirmək;
- Vakansiya elanlarının işədüzəltmə şirkətləri ilə bağlanmış müqavilə şərtlərinə əsasən göndərilməsi və yerləşdirilməsini təmin etmək;
- Daxili və xarici işə qəbul mənbələrindən olunan iş müraciətlərini vəzifə tələblərinə uyğunluq və performans göstəricilərinə əsasən təhlil etmək və dəyərləndirmək;
- Vakansiya tələblərinə əsasən işə müraciət blanklarını dəyərləndirmək, vakansiya tələblərinə müvafiq namizədlərin seçim prosesini yerinə yetirmək, müsahibələrin keçirilməsini təşkil etmək;
- Vakansiyaya müraciət edən namizədlərin əlavə suallarını cavablandırmaq, test mərhələsindən müvəffəqiyyətlə keçən namizədlərin növbəti müsahibə mərhələsi üzrə dəyərləndirilməsini həyata keçirmək;
- İlkin müsahibəni uğurla keçmiş namizədlər üçün rəhbərlik ilə son müsahibə mərhələsini təşkil etmək;
- Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərdən tələb olunan sənədləri toplamaq və kadr kargüzarlığı əməliyyatlarının icrası ilə bağlı digər struktur bölməyə təhvil vermək;
- Son müsahibə mərhələsində uğurlu olmayan namizədlərin müsahibə nəticəsi barədə məlumatlandırılmasını təmin etmək, namizəd qiymətləndirmə formasının qovluğa yerləşdirilməsi və aktiv bazaya əlavə edilməsini təmin etmək;
- İş təklifi ediləcək namizədlə ilkin görüşü keçirmək, namizədin ümumi məlumatlandırılmasını təmin etmək və namizədin suallarını cavablandırmaq;
- Mövcud olan aktiv və passiv vakansiyaların müvafiq namizədlərlə təmini ilə bağlı təkliflər planı hazırlamaq;
- Vakansiya üzrə vəzifə təlimatlarını yoxlamaq, çatışmazlıqlar ilə bağlı təkliflər hazırlamaq;
- Karyera sərgilərində iştirak etmək və şirkəti təmsil etmək;
- İşə qəbul planın icrası ilə bağlı hesabatların hazırlanmasını təmin etmək.
Requirements
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə 1-3 ilədək iş təcrübəsi;
- Kompüter bacarıqları: MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Analitik təhlil bacarığı;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik.
Human resources
Professional services