Baku Electronics

İşə qəbul üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
06.03.23 - 05.04.23

İş haqqında məlumat

  • İşçi tələb blankının vəzifənin tələbləri və xüsusiyyətləri ilə uyğunluğunu yoxlamaq;
  • Vakansiya üzrə elan mətnlərini hazırlamaq, yoxlamaq, uyğun iş elanı saytlarına yerləşdirmək;
  • Vakansiya elanlarının işədüzəltmə şirkətləri ilə bağlanmış müqavilə şərtlərinə əsasən göndərilməsi və yerləşdirilməsini təmin etmək;
  • Daxili və xarici işə qəbul mənbələrindən olunan iş müraciətlərini vəzifə tələblərinə uyğunluq və performans göstəricilərinə əsasən təhlil etmək və dəyərləndirmək;
  • Vakansiya tələblərinə əsasən işə müraciət blanklarını dəyərləndirmək, vakansiya tələblərinə müvafiq namizədlərin seçim prosesini yerinə yetirmək, müsahibələrin keçirilməsini təşkil etmək;
  • Vakansiyaya müraciət edən namizədlərin əlavə suallarını cavablandırmaq, test mərhələsindən müvəffəqiyyətlə keçən namizədlərin növbəti müsahibə mərhələsi üzrə dəyərləndirilməsini həyata keçirmək;
  • İlkin müsahibəni uğurla keçmiş namizədlər üçün rəhbərlik ilə son müsahibə mərhələsini təşkil etmək;
  • Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərdən tələb olunan sənədləri toplamaq və kadr kargüzarlığı əməliyyatlarının icrası ilə bağlı digər struktur bölməyə təhvil vermək;
  • Son müsahibə mərhələsində uğurlu olmayan namizədlərin müsahibə nəticəsi barədə məlumatlandırılmasını təmin etmək, namizəd qiymətləndirmə formasının qovluğa yerləşdirilməsi və aktiv bazaya əlavə edilməsini təmin etmək;
  • İş təklifi ediləcək namizədlə ilkin görüşü keçirmək, namizədin ümumi məlumatlandırılmasını təmin etmək və namizədin suallarını cavablandırmaq;
  • Mövcud olan aktiv və passiv vakansiyaların müvafiq namizədlərlə təmini ilə bağlı təkliflər planı hazırlamaq;
  • Vakansiya üzrə vəzifə təlimatlarını yoxlamaq, çatışmazlıqlar ilə bağlı təkliflər hazırlamaq;
  • Karyera sərgilərində iştirak etmək və şirkəti təmsil etmək;
  • İşə qəbul planın icrası ilə bağlı hesabatların hazırlanmasını təmin etmək.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə 1-3 ilədək iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Analitik təhlil bacarığı;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar