Baku,
Azerbaijan
26.02.25
-
27.03.25
Working conditions
- Şirkətin əsas inzibati binasının sanitariya və yanğından mühafizənin norma və qaydalarına uyğun olaraq təsərrüfat xidmətinin lazımi vəziyyətini, eləcə də əməkdaşların səmərəli işləməsi üçün lazımi şəraitin yaradılmasını təmin etmək;
- Təsərrüfat avadanlıqlarının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması və eləcə də xidmət sahələrində və onların yanında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin etmək;
- İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda istifadə olunan əşya və inventarlarla təmin edilməsinə nəzarət etmək;
- Şirkətin (bina, su təchizatı sistemi, hava dəyişmə və digər avadanlıqların) əsas fondlarının cari və əsaslı təmiri planının işlənib hazırlanmasında və təsərrüfatın xərclər smetasının tərtibində iştirak etmək;
- Müvafiq struktur bölmələri mebellə, təsərrüfat inventarı ilə, idarəetmənin texniki vasitələri ilə təmininə, onların mühafizəsinə və vaxtında təmir olunmasına nəzarət etmək;
- Şirkətin arxiv işinin aparılmasına və təşkilinə rəhbərlik etmək;
- Sənədlərin formalaşdırılması, hazırlanması və arxivə təhvil verilmə qaydaları haqqında müəssisə, idarə və təşkilatların struktur bölmələrinin işçilərini təlimatlandırmaq və onlara lazımi metodiki yardım etmək;
- Müəyyən olunmuş qaydaya müvafiq olaraq sənədlərin qəbulunun, qeydiyyatının, sistemləşdirilməsinin, mühafizəsinin və istifadə olunmasının təmin edilməsinə nəzarət etmək;
- Sənədlərin saxlanılma vəziyyətinə, vaxtlı-vaxtında onların təzələri ilə tərtib olunmasına və dəyişdirilməsinə, arxivin yerləşdiyi yerdə sənədlərin saxlanılmasını təmin edən şəraitin olmasına nəzarət etmək;
- Mədəni - kütləvi və digər tədbirləri hazırlamaq və keçirilməsində təşkilati və texniki yardım göstərmək;
- Nahar;
- Korporativ nömrə;
- Parking xidməti;
- Könüllü tibbi sığorta
- Yanacaq kartı;
- Push30;
- Servis xidməti;
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü.
Requirements
- Təhsil: Ali təhsil;
- Təcrübə: Müvafiq sahə üzrə minimum 4 il (İnzibati və təsərrüfat işlərinin idarə olunması üzrə təcrübə);
- Dil bilikləri: Rus dili üstünlükdür;
- Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə);
- Sənədləşmə və arxivləşdirmə qaydalarına dair biliklər;
- Yanğın təhlükəsizliyi və sanitariya normalarını bilməli;
- Təşkilatçılıq, koordinasiya və liderlik bacarıqları.
Branch manager
Administrative Specialist
Commerce